Bakı, 29 avqust.
Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə hadisə Q.Qarayev prospektində qeydə alınıb. Belə ki, naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyərək onun üzərindəki 960 manat pulu, həmçinin içərisində 250 manat dəyərində mobil telefon və 2 ədəd bank kartı olan çantasını götürərək hadisə yerindən uzaqlaşıb.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Elvin Fərəcov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.