Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş yeniyetmə qızlar arasında voleybol üzrə "Heydər Əliyev kuboku" uğrunda muxtar respublika turniri keçirilir.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, yarışda iki qrupda 8 komanda “play-off” uğrunda mübarizə aparır. Bu gün yarışın keçirildiyi İlham Əliyev adına Olimpiya İdman Kompleksində ilk oyunlar reallaşıb.
Qeyd edək ki, mayın 10-u turnirin final görüşü və bağlanış mərasimi keçiriləcək.