Şuşada Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Sahibkarlar Forumunun sonuncu paneli keçirilib.
Paneldə SOCAR-ın Strateji İdarəetmə və İnnovasiyalar İdarəsinin rəisi Teymur Əliyev, ICESCO-nun Elm və Texnologiya sektorunun rəhbəri Rahil Qəmər, müxtəlif maliyyə şirkətlərinin təsisçisi və rəhbəri Silvere Boussamba, “MACOM” şirkətinin həmtəsisçisi Stefani Meislinin çıxışları dinlənilib.
Çıxış edənlər süni intellektin müasir inkişafa təsirindən, süni zəkanın əks mərkəzləşməsinin aktuallaşmasından, dataların anonimliyinin və məlumat itkisinin aradan qaldırılmasının vacibliyindən, bu istiqamətdə sığortalanmaq imkanlarından bəhs ediblər.
Çıxışçılar Avropa İttifaqının süni zəkadan istifadə zamanı etik qaydaların qorunması haqqında qərar qəbul etdiyini xatırladıblar.
Panel sual-cavab sessiyası ilə davam edib.