Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələrindən Vüqar Quliyev və Amil Cəbiyev avqustun 5-11-də Bolqarıstanda keçiriləcək Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edəcəklər.
BDU-dan bildirilib ki, Bolqarıstanda yerləşən Amerika Universiteti və London Universitet Kollecinin birgə təşkilatçılığı ilə Blaqoyevqrad şəhərində keçiriləcək olimpiada universitet tələbələri üçün nəzərdə tutulub. İştirakçılara cəbr, analiz (real və kompleks), həndəsə və kombinatorika sahələrini əhatə edən məsələlər təqdim ediləcək.
Həmin tələbələr, eyni zamanda, BDU-nun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş riyaziyyat üzrə respublika olimpiadasının qalibləridir.