• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

MSN: Azərbaycanın istehsal etdiyi silahlar dəqiqliyi və keyfiyyəti baxımından xarici şirkətlərin məmulatlarından üstündür

Cəmiyyət

27-11-2023, 10:56


Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
MSN: Azərbaycanın istehsal etdiyi silahlar dəqiqliyi və keyfiyyəti baxımından xarici şirkətlərin məmulatlarından üstündür
27.11.2023 [10:43]
A+ A-
MSN: Azərbaycanın istehsal etdiyi silahlar dəqiqliyi və keyfiyyəti baxımından xarici şirkətlərin məmulatlarından üstündür
SPECA ölkələrinin sərgisində Müdafiə Sənayesi Nazirliyinin məhsulları böyük maraqla qarşılanıb

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 22-dən 25-dək BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində "SPECA Ölkələri Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq" adlı sərgi keçirilib. Azərbaycanın xüsusi təşəbbüsü ilə SPECA-nın yaradılmasının 25 illiyinə həsr edilən sərginin açılışında Prezident İlham Əliyev iştirak edib.


AZƏRTAC-ın xəbərinə görə, SPECA üzvü olan Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Azərbaycan stendlərinin yer aldığı sərgidə tibb, sənaye, qida, tekstil, kənd təsərrüfatı və texnoloji sistemlərə dair məhsullar təqdim olunub.


Sərgidəki Azərbaycan Milli Stendi iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar, nəqliyyat infrastrukturu və tranzit, energetika, turizm, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı kimi istiqamətlərlə yanaşı, müdafiə sənayesi sahəsini də əhatə edib.



Azərbaycan iqtisadiyyatının inkişafını əks etdirən vahid stendin müdafiə sənayesi guşəsində Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla, 88 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilib. Əvvəlki sərgilərdən fərqli olaraq bu sərgidə ilk dəfə yeni yaradılan “AH-12,7” iriçaplı pulemyot da təqdim olunub. MSN-in nümayiş etdirdiyi bu və digər məhsullar sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.


Müdafiə Sənayesi Nazirliyinin təmsilçisi AZƏRTAC-a müsahibəsində yerli istehsal olan müdafiə sənayesi məhsulları haqqında məlumat verib. O deyib ki, nazirliyin müəssisələrində atıcı silahlar, optik nişangahlar, mərmilər, snayper tüfəngləri, toplar, uçuş aparatları, geniş profilli hərbi təyinatlı bir çox məhsullar istehsal olunur: “MSN Müdafiə Nazirliyinin bütün hərbi güc strukturlarını ən müasir silahlarla təmin etməyə çalışır. Ordumuzda çox istifadə olunan 60, 82 və 120 millimetrlik mərmilər də bu qəbildəndir”.


O qeyd edib ki, MSN-in məhsulları arasında pilotsuz uçuş aparatları (PUA), o cümlədən məşhur “İti qovan” PUA-ları xüsusi yer tutur: “Bu uçuş aparatı dörd kilometr hündürlükdəki hədəfi yüksək dəqiqlik və böyük şığıma sürəti ilə məhvetmə qabiliyyətinə malikdir. PUA-nın tam səssiz işləyən elektrik mühərriki ondan kəşfiyyat xarakterli tapşırıqların icrasında da istifadə etməyə imkan yaradır”.

Bundan başqa, nazirliyin müəssisələrində zirehli texnikalar olan piyadaların “BTR” döyüş və kəşfiyyat-gözətçi “BRDM” maşınlarının modernləşdirilməsi həyata keçirilir, onlar üçün məlumatlar istehsal edilir. Həmin məmulatlardan zirehli texnikaların üzərindəki PUA-larda da istifadə olunur.

Eyni zamanda, PUA-ların operator və texniki heyətinin təhlükəsizliyini təmin etmək məqsədilə zirehli idarəetmə stansiyası yaradılıb. Müdafiə Nazirliyi bu modern texnikadan geniş istifadə etməklə, heyəti etibarlı şəkildə mühafizə edə bilir.
MSN-in nümayəndəsi bildirib ki, ümumiyyətlə, müdafiə sənayesi ilə bağlı layihələr həyata keçirilərkən silah sənayesinə daha çox üstünlük verilir: “Belə ki, nazirliyin müəssisələrində 12,7 çaplı avtomatik çalışa bilən yeni silah növü istehsal edilir. Hazırda bu qəbildən olan yeni modellər layihələndirmədədir və onlar bir qədər də qədər inkişaf etdirilərək istehsal sahəsi genişləndiriləcək. Hələlik həmin silahın daraq tutumu 60 mərmilikdir. Ancaq gələcəkdə müxtəlif mərmi tutumlu daraqlar hazırlanacaq və istehsal daha da təkmilləşdiriləcək.
Azərbaycanın istehsal etdiyi silahların xarici şirkətlərin oxşar məlumatlarından üstünlüyü daha dəqiq və keyfiyyətli olmasıdır. Bunu xarici mütəxəssislər özləri də etiraf edirlər”.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

23-11-2023, 21:46

Bakıdakı sammitlə bağlı əhaliyə XƏBƏRDARLIQ

Siyasət

26-11-2023, 20:41

Azərbaycan qlobal iqtisadi layihələrin qurucusu və fəal iştirakçısıdır

Siyasət

22-11-2023, 16:20

Nazir Ceyhun Bayramov britaniyalı həmkarını bölgədə mövcud vəziyyət və reallıqlar barədə məlumatlandırıb

Mədəniyyət

29-09-2023, 12:08

“Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılır - İlk dəfə!

Mədəniyyət

7-11-2023, 14:22

“Azərxalça” Avropada Azərbaycan xalçalarının təbliğatını davam etdirir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
  • Вчера, 17:45
    Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
  • Вчера, 15:23
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
  • Вчера, 15:21
    Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • Вчера, 15:16
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • Вчера, 09:56
    TƏBİB tərəfindən müharibə iştirakçılarına göstərilən tibbi xidmətlərin sayı açıqlanıb
  • Вчера, 09:53
    Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb
  • Вчера, 09:49
    Mətbuat Şurası: Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib
  • Вчера, 09:08
    Zəfər salnaməsi: qəhrəmanlıqdan Böyük Qayıdışa
  • Вчера, 09:03
    Bu gün Şuşa Şəhəri Günüdür
  • 7-11-2026, 10:08
    Lənkəranda ağacəkmə aksiyası çərçivəsində 2200 ting əkilib
  • 7-11-2026, 10:04
    ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar
  • 7-11-2026, 10:01
    Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
  • 6-11-2026, 12:04
    Sosial şəbəkələrdə təhqirə məruz qalanlar hüquqlarını necə qoruya bilərlər? - Hakim açıqladı
  • 6-11-2026, 12:00
    6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • 6-11-2026, 11:56
    Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
  • 6-11-2026, 11:54
    Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
  • 5-11-2026, 14:53
    “Müasir dilçilik istiqamətləri” monoqrafiyasında metodoloji və nəzəri yanaşmalar
  • 5-11-2026, 14:46
    Tibb elmləri doktoru Rəşad Şolan TDTD-nin Azərbaycandakı rəsmi nümayəndəsi təyin edilib
  • 5-11-2026, 14:43
    Azərbaycanda arı xəstəliklərinə qarşı epizootoloji monitorinq aparılıb
  • 5-11-2026, 10:49
    YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib
  • 5-11-2026, 10:46
    Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
  • 5-11-2026, 10:44
    Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
  • 5-11-2026, 10:08
    Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər təşkil ediləcək
  • 5-11-2026, 10:06
    Paytaxtın bəzi yollarında sıxlıq var
  • 3-11-2026, 10:40
    Milli yaddaşdan rəqəmsal mediaya: Azərbaycan radiosunun 100 illik yubiley konfransı
  • 3-11-2026, 10:38
    Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
  • 3-11-2026, 10:35
    Yaponiyalı professor Xəzər Universitetində mühazirə ilə çıxış edib
  • 2-11-2026, 22:06
    Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • 2-11-2026, 22:03
    Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər
  • 2-11-2026, 21:59
    Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • 2-11-2026, 21:56
    “Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub
  • 2-11-2026, 21:54
    Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub
  • 2-11-2026, 21:49
    Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb
  • 2-11-2026, 21:46
    DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə