• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Finlandiya nümayəndə heyəti Şuşaya və Laçına səfər edib

Cəmiyyət

23-08-2024, 18:39

Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə ölkəmizə gələn Finlandiyanın ictimai-siyasi xadimlərindən ibarət nümayəndə heyəti Şuşada və Laçında olub.

Səfərdə Finlandiya parlamentinin üzvü Mikko Polvinen, Aleksanteri İnstitutunda Finlandiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktoru Markku Kansqapuro, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış jurnalist, “Hymy” jurnalının redaktor müavini, Deputatlar Qrupunun keçmiş sədri (2021), Vantaa-Kereva şəhər dairəsi sovetinin sabiq üzvü (2022), Vanta-Kereva regional hökumətinin sabiq üzvü Antero Eerola, Finlandiyanın sabiq müdafiə naziri, “J-E Enestam AB” konsaltinq şirkətinin idarə heyətinin sədri Jan Erik Enestam, Qərbi Avropa İttifaqının Parlament Assambleyasında Finlandiya nümayəndə heyəti rəhbərinin sabiq müavini Jaako Laakso və Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova iştirak ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyində olub. Burada Şuşa şəhərinin tarixi, güllələnmiş heykəllər, Cıdır düzü, Şuşada Azərbaycan tarixi abidələrinə qarşı erməni vandalizmi haqqında qonaqlara ətraflı məlumat verilib, görülən işlər diqqətə çatdırılıb.

Daha sonra qonaqlar Cıdır düzünü və Şuşa qalasını ziyarət ediblər. Onlar Şuşada aparılan sürətli bərpa və yenidənqurma işləri ilə tanış olub və görülən işləri yüksək qiymətləndiriblər. İşğal dövründə ermənilər tərəfindən Şuşada mədəniyyət abidələrinə, məscidlərə qarşı törədilmiş vandalizm aktlarını pisləyiblər.

Finlandiya nümayəndə heyəti daha sonra Laçına yola düşüb. Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyində olan qonaqlara Laçına yeni köçənlər üçün yaradılan şərait, iş yerləri və onların sosial təminatı, rayonda aparılan yenidənqurma, təmir-bərpa işləri, gələcək plan və layihələr, həmçinin Sus və Zabux kəndləri haqqında ətraflı məlumat verilib.

Nümayəndə heyəti Laçında ilk bərpa olunan 22 evdən birini ziyarət edib, burada yaşayan ailələrlə görüşüb, onlardan müsahibə alıblar. Ev sahibləri müsahibələrində 30 il sonra öz doğma yurdlarına qayıtmağın sevincini ifadə edib, burada sakinlərin rahat yaşaması üçün hər bir şəraitin yüksək səviyyədə qurulduğunu vurğulayıblar. Bu sevinci onlara yaşatdıqları üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkürlərini bildiriblər. Qonaqlar oradan xoş təəssüratlarla ayrılıblar.

Qonaqlar, həmçinin Laçında “Həkəri Balıq Təsərrüfatı”nı ziyarət edib, rayonun Zabux və Sus kəndlərində olublar. Burada qonaqları mehriban və gülərüz qarşılayan yerli sakinlər onları evlərinə dəvət edib, dövlətin yaratdığı gözəl şəraitlə yaxından tanış ediblər.

Azərbaycan təbiətinin gözəlliyi və yerli sakinlərin qonaqpərvərliyi nümayəndə heyətində xoş təəssüratlar yaradıb.

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

26-04-2024, 16:57

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

Siyasət

18-07-2024, 18:19

Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb YENİLƏNİB

İqtisadiyyat

13-05-2024, 11:19

® “Caspian Energy Club” üzvləri Latviya, Estoniya və Finlandiyaya səfər edəcəklər

Siyasət

12-05-2024, 19:59

Milli Məclisin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib

Siyasət

22-03-2024, 17:50

Milli Məclisin nümayəndə heyətinin İsveçrəyə səfəri başlayıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 09:56
    TƏBİB tərəfindən müharibə iştirakçılarına göstərilən tibbi xidmətlərin sayı açıqlanıb
  • Сегодня, 09:53
    Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb
  • Сегодня, 09:49
    Mətbuat Şurası: Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib
  • Сегодня, 09:08
    Zəfər salnaməsi: qəhrəmanlıqdan Böyük Qayıdışa
  • Сегодня, 09:03
    Bu gün Şuşa Şəhəri Günüdür
  • Вчера, 10:08
    Lənkəranda ağacəkmə aksiyası çərçivəsində 2200 ting əkilib
  • Вчера, 10:04
    ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar
  • Вчера, 10:01
    Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
  • 6-11-2026, 12:04
    Sosial şəbəkələrdə təhqirə məruz qalanlar hüquqlarını necə qoruya bilərlər? - Hakim açıqladı
  • 6-11-2026, 12:00
    6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • 6-11-2026, 11:56
    Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
  • 6-11-2026, 11:54
    Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
  • 5-11-2026, 14:53
    “Müasir dilçilik istiqamətləri” monoqrafiyasında metodoloji və nəzəri yanaşmalar
  • 5-11-2026, 14:46
    Tibb elmləri doktoru Rəşad Şolan TDTD-nin Azərbaycandakı rəsmi nümayəndəsi təyin edilib
  • 5-11-2026, 14:43
    Azərbaycanda arı xəstəliklərinə qarşı epizootoloji monitorinq aparılıb
  • 5-11-2026, 10:49
    YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib
  • 5-11-2026, 10:46
    Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
  • 5-11-2026, 10:44
    Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
  • 5-11-2026, 10:08
    Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər təşkil ediləcək
  • 5-11-2026, 10:06
    Paytaxtın bəzi yollarında sıxlıq var
  • 3-11-2026, 10:40
    Milli yaddaşdan rəqəmsal mediaya: Azərbaycan radiosunun 100 illik yubiley konfransı
  • 3-11-2026, 10:38
    Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
  • 3-11-2026, 10:35
    Yaponiyalı professor Xəzər Universitetində mühazirə ilə çıxış edib
  • 2-11-2026, 22:06
    Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • 2-11-2026, 22:03
    Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər
  • 2-11-2026, 21:59
    Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • 2-11-2026, 21:56
    “Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub
  • 2-11-2026, 21:54
    Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub
  • 2-11-2026, 21:49
    Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb
  • 2-11-2026, 21:46
    DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 2-11-2026, 21:43
    Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi
  • 1-11-2026, 14:33
    Media və Yayım Şurası bəyanat yayıb
  • 1-11-2026, 14:30
    Azərbaycanda yanğın və xilasetmə üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək
  • 1-11-2026, 14:28
    Paytaxtın Nizami rayonunda yanğın olub
  • 1-11-2026, 14:23
    Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə