Astana, 29 dekabr.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nümayəndəsi AZAL-ın təyyarəsinin qəzasının araşdırılmasında iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərinə gəlib.
Qazaxıstanın Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verilir r ki, bu ICAO-nun baş katibinin tapşırığı ilə təşkilatın Aviasiya hadisələrinin araşdırılması şöbəsinin rəhbəri Tormodur Tormodsondur. Bildirilib ki, ICAO Qazaxıstanın aviasiya orqanlarının araşdırmanın aparılmasında şəffaflığını və maraqlı dövlətlərlə qarşılıqlı əlaqəsini müsbət qiymətləndirib.
Hazırda Aktauda hadisənin araşdırılmasında 17 beynəlxalq ekspert iştirak edir.