ABŞ-ın Men ştatında baş verən atışmanın təfərrüatları üzə çıxıb.
Məlumata görə, cinayətkar avtomat tüfəngdən insanlara üç yerdə, bar, restoran və mağazada atəş açıb.
Hadisəni törətdikdən sonra qatil cinayət yerindən ağ rəngli yolsuzluq avtomobili ilə qaçıb.
Daha sonra atəş açan şəxsin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.
Şəhər polisi tərəfindən yayımlanan fotoşəkillər atəş açan şəxsin qəhvəyi sviter geyinmiş ağ dərili bir adam olduğunu göstərir.
Məlumata görə, cinayətin təhqiqatına ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri də qoşulub. Hadisə ilə bağlı təhqiqata Men ştatının polisi rəhbərlik edir.
Bundan əlavə, hadisənin 2 nəfər tərəfindən törədildiyi, lakin hələlik onlardan birinin saxlanıldığı bildirilir. Polis fotosunu yaydığı şəxsin Robert Card olduğunu deyib.