Martın 15-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 26,5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4 kiloqramdan artıq heroin, 18,4 kiloqrama yaxın marixuana və 4,1 kiloqrama yaxın metamfetamin olub.
Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.