Martın 16-da saat 22 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində 2 “Ford” və 1 “Mercedes” markalı yük avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində 3 nəfər - Əliyev Rəşad Ədalət oğlu, Ağammədov Yasin Sədiyar oğlu və Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən ölüblər.
Araşdırma aparılır.
Bakı-Qazax avtomobil yolunda qəza zamanı 3 nəfər ölüb.
Yol nəqliyyat hadisəsi gecə saatlarında magistral yolun Ağdaşın Ləki qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, 3 yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.