Salyan rayonunda mikroavtobus və minivanın toqquşması zamanı xəsarət alan digər yaralıların da adları məlum olub.
Ələt-Astara avtomobil yolunun Babazanlı qəsəbəsi ərazisində qeydə alınan qəza zamanı xəsarət alan digər səkkiz nəfər - Cəbiyev İntiqam, Gözəlov Adıgözəl, Əliyev Zamiq, Əliyev Cənnətalı, İbrahimov Cavad, Həsənov Şəfayət, Rəhmanov İbrahim, İsmayılov İsmayıl adlı şəxslərdir.
Salyan rayonunda yol nəqliyyat hadisəsi baş verib, mikroavtobus və minivan tipli nəqliyyat vasitələrinin toqquşması nəticəsində xəsarət alanlar olub.
Hadisə Ələt-Astara avtomobil yolunun Babazanlı qəsəbəsi ərazisində qeydə alınıb.
"Ford” markalı mikroavtobus və “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza zamanı xəsarət alanlar - Qafarov Elnur, Səmədov Samid, Eldarov Davud və Həsənov Cəmil Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.