Türkiyə millisinin üzvü Salih Özcanın Almaniyanı Dortmund şəhərindəki evi yanıb.
Bu barədə "Bild" məlumat yayıb.
Yanğına səbəb qısa qapanma olub və eyvandakı mebellərə sıçraması sayəsində yayılıb.
Yanğın 1,5 saata söndürülüb.
25 yaşlı yarımmüdafiəçi durumla bağlı açıqlamasında deyib: "Vəziyyətimiz çox yaxşıdır, şükür. Sadəcə maddi zərərə uğramışıq. Önəmli olan odur ki, heç kim yaralanmayıb".