Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fərdi çoxnövçülükdə çıxış edən idmançı təsnifat mərhələsində növbəti çıxışını başa vurub.
O, halqa ilə hərəkətlərin icrasında hakimlərdən 32,500 xal alıb. Z.Ağamirova ilk olaraq topla məharətini nümayiş etdirib. Onun bu çıxışı 30,200 xala layiq görülüb. Beləliklə, təmsilçimiz iki hərəkətin cəminə görə ümumilikdə 62,700 xal toplayıb. Zöhrə bu göstərici ilə hazırda 10 gimnast arasında 5-ci pillədədir. İdmançı lent və gürzlə də qüvvəsini sınayacaq.