Bakı, 2 yanvar.
Stolüstü tennisçimiz Çində hazırlıq keçəcək
Stolüstü tennisçi Onur Quluzadə növbəti təlim-məşq toplanışına yollanıb.
İstedadlı idmançı seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Çində hazırlıq keçəcək. Bu gün Şanxay şəhərində yerləşən "China Table Tennis College" mərkəzində başlanacaq təlim-məşq toplanışı yanvarın 19-da yekunlaşacaq.