Astana, 5 sentyabr.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov strateji əhəmiyyətli Orta Dəhlizin mühüm nəqliyyat qovşaqlarından biri hesab olunan Kurık dəniz limanını ziyarət edib.
“Limanın baş direktoru Serik Axmetov liman ərazisinin əməliyyat imkanları, habelə tranzit və yükaşırma potensialı barədə ətraflı məlumat verib. Görüş zamanı Orta Dəhliz boyunca tranzit yükdaşımaları sahəsində hazırda müşahidə olunan müsbət dinamikanın qorunub saxlanılması və daha da inkişaf etdirilməsi perspektivləri ətrafında faydalı fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.