Bakı, 11 iyun.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda tədbir keçirilir.
Tədbir regionda formalaşan yeni siyasi və geosiyasi reallıqların, eləcə də Azərbaycanın regional sülh və əməkdaşlıq gündəliyinin müzakirəsinə həsr olunub.
BMTM tərəfindən təşkil olunan “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda məqalə müsabiqəsinin yekun mərhələsi çərçivəsində keçirilən tədbirdə Mərkəzin mütəxəssisləri, Milli Məclisin deputatları və ekspertlər tərəfindən Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslər, regional təhlükəsizlik mühiti və sülh gündəliyinin perspektivləri ilə bağlı çıxışlar edilir.