• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası – TƏHLİL

Siyasət

Сегодня, 12:12

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası – TƏHLİL
19.09.2026
Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası – TƏHLİL
Bakı, 19 sentyabr.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən Azərbaycanın regional sülh və təhlükəsizliyə dair doktrinal yanaşmasını diqqətə çatdırdı.

Dövlətimizin başçısı bütün sahələr üzrə təhlükəsizlik sisteminin kompleks təmini üçün müvafiq istiqamətləri açıqladı.

“TDT-2040” prioritetlərinin icrasının sürətlənməsinə çağırış

Prezident İlham Əliyev TDT-nin iqtisadi, enerji, nəqliyyat və ideoloji təhlükəsizlik istiqamətlərini vahid strateji çərçivədə göstərir. Bu, regionun ümumi müdafiə immunitetinin formalaşmasında həlledici mexanizmləri ön plana çıxarır. Digər tərəfdən, TDT aşınmaqda olan dünya nizamında alternativ mərkəz kimi güc statusu mənzərəsindəki mövqeyini gücləndirməklə daha çox nəticə əldə edə bilər.

Dövlətimizin başçısı çıxışında bu barədə bildirdi: “Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər. Ona görə də əminəm ki, bu gün keçiriləcək şura çərçivəsində, o cümlədən bu məsələlər də müzakirə olunacaq. Çünki bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil”.

Prezident İlham Əliyevin ortaya qoyduğu bu prinsipial mövqe “Türk dünyası – 2040” vizyonunun əsas prioritetlərinin vaxtında və səmərəli icrası üçün zəruri çağırışdır. Dövlətimizin başçısının mesajı qarşıya qoyulan məqsədlərə çatmaq üçün aşağıdakı prinsipləri ehtiva edir:

-TDT daxilində ümumi maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı siyasi məsləhətləşmələri, müdafiə əlaqələrini gücləndirmək lazımdır;

-Transmilli təhdidlərə qarşı kollektiv mübarizəni davam etdirmək üçün yeni mexanizmləri nəzərdən keçirmək zəruridir;

-TDT-nin iqtisadi potensialı, nəqliyyat-logistika və ticarət marşrutlarındakı mövqeyi daha güclü regional təhlükəsizlik zəmininə keçid siyasəti ilə birləşdirilə bilər.

Azərbaycan-Türkiyə: Strateji müttəfiqlik regional təminat kimi

Prezident İlham Əliyev regional təhlükəsizlikdə digər çağırışları baş verən müharibələr və onların davam etməsi fonunda diqqətə çatdırdı. Dövlətimizin başçısı dedi: “Yenə də ölkələrimizin üstünlüyü ondan ibarətdir ki, geniş coğrafiyada ictimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır. Lakin bu o demək deyil ki, biz arxayınlaşmalıyıq. Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Bütün bunlar ölkələrimizin perimetri boyunca mövcud olan münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər və prinsipcə, səbəb də olur. Hazırkı vəziyyətdə də, Azərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir. Bu kontekstdə də, əlbəttə ki, regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət kəsb edir”.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə münasibətləri dünya miqyasında bənzərsiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu o deməkdir ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regiondakı təhlükəsizlik və müdafiə sahəsində spesifik mənaya malikdir. Qlobal miqyasda gərginliklərin artdığı, təchizat zəncirlərinin və təhlükəsizlik arxitekturasının sınaqdan keçdiyi dövrdə Türkiyə və Azərbaycan bölgədə müttəfiqlik əlaqələrini dərinləşdirir. Bakı-Ankara müttəfiqliyi geosiyasətdə və təhlükəsizlik sistemində TDT-nin gücləndirilmiş inteqrasiya modelini əks etdirir. Ona görə də Azərbaycanla Türkiyənin müttəfiqliyi qarşılıqlı müdafiə prioritetləri ilə məhdudlaşmayaraq, daha geniş regionun təhlükəsizliyində həlledici rol oynayır. Buraya həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya daxildir.

İdeoloji təhdidlərə qarşı çağırış

TDT-də əməkdaşlıq dinamik şəkildə genişlənir və beynəlxalq oyunçular bunu nəzərə alaraq regional siyasətlərində dəyişikliklər edirlər. TDT-nin güclənməsi təhlükəsizlik sahəsindəki boşluqları doldurmaqla ona kollektiv müdafiə gücü verir.

Bu, regionda sabit təhlükəsizlik mühitinin qorunmasında vacib rol oynayır. Geosiyasi qazanclar regional ambisiyalar önündə dəmir örtükdür. Bununla belə, nəticələrə kölgə salmaq üçün informasiya təxribatlarına ara verilmir. Bəzi media resursları, QHT-lər böyük maliyyə mexanizmində rol alaraq cəmiyyətlərin şüurlarını manipulyasiya edə biləcək ideoloji diversiyalar həyata keçirir. Bu layihələrin əsas məqsədi ictimai həmrəyliyi zədələmək, yad dəyərləri aşılamaq və dövlət və konstitusion quruluşları sarsıtmaqdır.

Prezident İlham Əliyev bu məsələlər üzərinə vurğu edərək deyib: “Bugünkü təhdidlərin təkcə fiziki deyil, həm də ideoloji xarakter daşımasına gəldikdə isə hesab edirəm ki, bu barədə danışmağa ehtiyac yoxdur, hamımız bunu çox yaxşı bilirik. Ölkələrimizin ardıcıl inkişafını və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır. O cümlədən adətən ölkələrimizin hüdudlarından çox uzaqda yerləşən, lakin nədənsə məlum mərkəzlərdən maliyyələşən müxtəlif media strukturları vasitəsilə həyata keçirilən təxribatlara qarşı. Bu maliyyələşdirmə ölkələrimizin dövlət quruluşunun sarsıdılmasına, ictimai həmrəyliyin pozulmasına, yad narrativlərin və dəyərlərin aşılanmasına yönəlib. Biz buna qarşı Azərbaycanda çox fəal mübarizə aparırıq və deməliyəm ki, böyük uğurlar əldə etmişik”.

Müasir dövrdə xarici güc mərkəzlərinin Türk dövlətlərinin milli maraqlarına qarşı yönəlmiş təsir cəhdləri müxtəlif coğrafiyalarda fərqli formalarda görünür. Lakin əsas metodologiya və hədəflər dəyişməz qalır. Bu destruktiv informasiya və təbliğat fəaliyyətləri şablondur, eyni fikirlərin müxtəlif formalarda təkrarıdır. Prezident İlham Əliyev həmin dairələrin əsas hədəf qrupunu da açıqladı: manipulyasiyaya daha həssas olan, hələ formalaşma mərhələsində olan gənc nəsil.

“Məhz buna görə deyirəm, bilirəm ki, ölkələrimizin hər birində fəal gənclər siyasəti həyata keçirilir. Lakin hesab edirəm ki, TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik, müntəzəm tədbirlər, forumlar, konfranslar keçirməliyik ki, gənc vətəndaşlarımız bir-biri ilə ünsiyyət qursunlar. Onlar qohum xalqlara bizim nəslin münasibət göstərdiyi kimi münasibət göstərsinlər. Bunu, əlbəttə, öz nümunəmiz, uğurlu fəaliyyətimiz, təşkilatımızın möhkəmləndirilməsi ilə yanaşı, düzgün ideoloji iş vasitəsilə onlara ötürməliyik”, - deyə dövlətimizin başçısı vurğuladı.

NƏTİCƏ

Mahiyyət etibarilə Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası qlobal böhranlar fonunda Türk dünyasının ortaq müdafiə immunitetini artıran mühüm strateji çərçivədir.

Dövlətimizin başçısının çıxışından belə nəticəyə gəlmək olar ki, müharibələrin artdığı, geosiyasi ziddiyyətlərin dərinləşdiyi, beynəlxalq nizamın pozulduğu müasir mərhələdə TDT ortaq təhdidlərə qarşı kollektiv müqavimət mexanizmlərini gücləndirməlidir.

Digər yandan, Prezidentin ideoloji təhlükəsizliklə bağlı mesajı diqqətəlayiqdir. Bu, kənar mərkəzlərin milli həmrəyliyi hədəf alan informasiya-ideologiya hücumlarından gənc nəslin qorunması, təşkilat daxilində sıx və effektiv gənclər siyasətinin qurulmasını zəruri edən istiqamətləri göstərir.

Paylaş:
Digər xəbərlər

Siyasət

1-06-2026, 20:43

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib

Siyasət

5-06-2024, 10:37

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB

Siyasət

21-07-2024, 10:23

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB

Siyasət

6-07-2024, 17:57

Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib YENİLƏNİB

Siyasət

6-07-2024, 23:11

Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 12:20
    Sentyabrın 19-u Beynəlxalq Cərrahlar Günüdür
  • Сегодня, 12:17
    Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır
  • Сегодня, 12:12
    Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası – TƏHLİL
  • Сегодня, 09:58
    Antiterror tədbirləri: DİN-in döyüş yolu
  • Сегодня, 09:55
    Bir sutkada qazanılan tarixi Zəfər
  • Вчера, 13:34
    Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gələcək
  • Вчера, 13:28
    EYBA-nın Bakı konfransında yerli vəkil və hüquqşünaslar üçün qeydiyyat başlayıb
  • Вчера, 13:25
    Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib
  • Вчера, 10:41
    DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var
  • Вчера, 10:37
    SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
  • Вчера, 10:33
    Rasim Musabəyov: Azərbaycan Türk dünyasının təbii mərkəzi kimi çıxış edir
  • 17-09-2026, 11:24
    Sentyabrın 17-si Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
  • 17-09-2026, 11:22
    Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir
  • 16-09-2026, 17:56
    İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ
  • 16-09-2026, 17:49
    Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
  • 16-09-2026, 13:18
    Qubanın iki bələdiyyəsinin adı dəyişdirilir
  • 16-09-2026, 13:16
    Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs həbs olunub
  • 16-09-2026, 13:14
    Bakıda Orta Dəhlizin regional inteqrasiyadakı rolu müzakirə olunur
  • 16-09-2026, 11:33
    Azərbaycan Dillər Universitetində “ADU Radio” fəaliyyətə başlayıb
  • 16-09-2026, 11:30
    Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans işə başlayıb
  • 16-09-2026, 11:26
    Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib
  • 16-09-2026, 11:23
    Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
  • 15-09-2026, 14:55
    Şuşada yeni tədris ili: 21 şagird ilk dəfə məktəbə qədəm qoyub
  • 15-09-2026, 14:52
    Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
  • 15-09-2026, 11:24
    15 Sentyabr – Bakı Zəfəri Azərbaycan dövlətçiliyinin tarixində dönüş nöqtəsidir
  • 15-09-2026, 11:20
    Yardımlıda 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
  • 15-09-2026, 11:18
    Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqlayıb
  • 15-09-2026, 08:24
    Tarixə yazılan qardaşlıq salnaməsi – Bakının işğaldan azad edilməsindən 108 il ötür
  • 15-09-2026, 08:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • 14-09-2026, 12:16
    Baş prokuror İƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 7-ci iclasında iştirak edib
  • 14-09-2026, 12:13
    Vəkilliyə qəbulla bağlı növbəti test imtahanına elektron müraciət başlayıb
  • 14-09-2026, 12:11
    DTX-nin rəisi Çinə səfər edib
  • 14-09-2026, 12:07
    Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşü keçirilir
  • 13-09-2026, 14:23
    8 Noyabr prospektinin müəyyən hissələrində təmir işləri həyata keçirilir
  • 13-09-2026, 14:21
    AMEA-da Pakistan ədəbiyyatı üzrə yeni tədqiqatlar aparılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə