• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Siyasət

5-10-2023, 23:11

Oktyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
İclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, gündəliyə iki məsələ daxil edilib. Birinci məsələ “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir.
Tahir Mirkişili Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olan Rəqabət Məcəlləsi layihəsinin Milli Məclisin sədri Sahibə Qafarovanın dəstəyi ilə parlamentdə geniş ictimai dinləməsinin və müzakirəsinin keçirilməsindən danışıb. O, Rəqabət Məcəlləsi ilə bağlı komitəyə indiyədək 60-a yaxın təklifin daxil olmasını cəmiyyətin, o cümlədən deputatların məcəlləyə olan marağının mühüm göstəricisi kimi dəyərləndirib. Daxil olan təkliflər və onlarla bağlı aparılan işlər barədə məlumat verən komitə sədri istənilən qanunun qəbulu üçün əlverişli mühitin və icra mexanizmlərinin yetişməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, son 20 ildə Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsul 4 dəfə böyüyüb, büdcə gəlirləri 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəmiz 10 dəfə artıb. Təkcə son 5 ildə Azərbaycanda dövlətlə sahibkar arasında etimad mühitinin artırılması istiqamətində kifayət qədər işlər görülüb. O, deyib ki, belə bir mühitdə Rəqabət Məcəlləsinin qəbulu böyük uğur vəd edir. Milli Məclisin komitə sədri vurğulayıb ki, məcəllənin məqsədi həm də bazar iqtisadiyyatının 3 mühüm elementindən biri olan rəqabətin təmin olunması ilə iqtisadi inkişafın özəl təşəbbüslərə əsaslanan artım modelini daha da inkişaf etdirməkdir.
İclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov iqtisadi inkişafın sürətlənməsi və biznes mühitinin səmərəliliyinin artırılmasında azad rəqabət siyasətinin tətbiqi və antiinhisar fəaliyyəti sahəsində hüquqi çərçivələrin müəyyən edilməsinin vacibliyindən bəhs edib. O, haqsız rəqabətin aradan qaldırılması və onunla barışmaz mübarizənin aparılması ilə bağlı cənab Prezidentin hökumətin qarşısına qoyduğu tapşırıqları diqqətə çatdıraraq Rəqabət Məcəlləsinin hazırlanması prosesindən danışıb və bildirib ki, Rəqabət Məcəlləsi hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq.
Mikayıl Cabbarov diqqətə çatdırıb ki, məcəllə rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyillərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə mənfi təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır. Vurğulanıb ki, Rəqabət Məcəlləsi bazarda hökmran mövqedə olan təsərrüfat subyektlərinin inhisarçı meyllərinin qarşısının alınmasının, kartel tipli əlaqələrin müəyyən edilməsinin, təbii inhisarların fəaliyyətinə səmərəli nəzarətin təşkilinin, haqsız rəqabət hallarının aradan qaldırılmasının və dövlət rəqabət nəzarətinin effektiv təşkilinin hüquqi bazasını özündə ehtiva edir.
Ədalətli rəqabətin təmin olunması nəticəsində qiymətlərin azalması və məhsul çeşidinin genişlənməsi imkanlarına diqqət çəkən nazir bu prosesin təkcə dövlət və sahibkarlar üçün deyil, istehlakçılara da faydalı olacağını xüsusi vurğulayıb. O, məcəllədə ölkənin sürətli iqtisadi inkişafına xidmət edəcək tənzimləmə mexanizmləri barədə ətraflı məlumat verib.
Layihənin müzakirəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, komitənin üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Rüfət Quliyev, Aydın Hüseynov və Məzahir Əfəndiyev çıxış ediblər. Deputatlar məcəllədə anlayışlar sferasının genişləndirilməsi, rəqabət orqanının və komissiyasının təşkili, səlahiyyətləri və hesabatlılığının təmin olunması, rəqabət reyestrinin yaradılması kimi məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Milli Məclisin komitə sədri Tahir Mirkişili millət vəkillərinin qaldırdıqları məsələlərə aydınlıq gətirəndən sonra “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Komitədə həmçinin gündəliyin ikinci məsələsi olan “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) nəzərdən keçirilib. Deputatlar dəqiqləşdirmə və uyğunlaşdırılması xarakterli bu qanun layihəsini də ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda deputatlar Mahir Abbaszadə, Elnur Allahverdiyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Paylaş:
Digər xəbərlər

Siyasət

6-10-2023, 18:28

Milli Məclisin plenar iclasında

Siyasət

1-10-2023, 20:33

Milli Məclisdə Beynəlxalq Astronavtika Federasiyasının nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilib

Siyasət

18-10-2023, 13:41

Pilotun hüquq və vəzifələri yeni qanun layihəsi ilə müəyyənləşir

Siyasət

3-10-2023, 08:47

Milli Məclisin 2023-cü il payız sessiyasında ilk plenar iclası keçirilib

Cəmiyyət

2-10-2023, 12:15

Milli Məclisdə vəfat edən deputatların xatirəsi yad edilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • Вчера, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • Вчера, 16:35
    Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
  • 8-11-2026, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
  • 8-11-2026, 17:45
    Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
  • 8-11-2026, 15:23
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
  • 8-11-2026, 15:21
    Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • 8-11-2026, 15:16
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 8-11-2026, 09:56
    TƏBİB tərəfindən müharibə iştirakçılarına göstərilən tibbi xidmətlərin sayı açıqlanıb
  • 8-11-2026, 09:53
    Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb
  • 8-11-2026, 09:49
    Mətbuat Şurası: Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib
  • 8-11-2026, 09:08
    Zəfər salnaməsi: qəhrəmanlıqdan Böyük Qayıdışa
  • 8-11-2026, 09:03
    Bu gün Şuşa Şəhəri Günüdür
  • 7-11-2026, 10:08
    Lənkəranda ağacəkmə aksiyası çərçivəsində 2200 ting əkilib
  • 7-11-2026, 10:04
    ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar
  • 7-11-2026, 10:01
    Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
  • 6-11-2026, 12:04
    Sosial şəbəkələrdə təhqirə məruz qalanlar hüquqlarını necə qoruya bilərlər? - Hakim açıqladı
  • 6-11-2026, 12:00
    6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • 6-11-2026, 11:56
    Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
  • 6-11-2026, 11:54
    Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
  • 5-11-2026, 14:53
    “Müasir dilçilik istiqamətləri” monoqrafiyasında metodoloji və nəzəri yanaşmalar
  • 5-11-2026, 14:46
    Tibb elmləri doktoru Rəşad Şolan TDTD-nin Azərbaycandakı rəsmi nümayəndəsi təyin edilib
  • 5-11-2026, 14:43
    Azərbaycanda arı xəstəliklərinə qarşı epizootoloji monitorinq aparılıb
  • 5-11-2026, 10:49
    YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib
  • 5-11-2026, 10:46
    Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
  • 5-11-2026, 10:44
    Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
  • 5-11-2026, 10:08
    Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər təşkil ediləcək
  • 5-11-2026, 10:06
    Paytaxtın bəzi yollarında sıxlıq var
  • 3-11-2026, 10:40
    Milli yaddaşdan rəqəmsal mediaya: Azərbaycan radiosunun 100 illik yubiley konfransı
  • 3-11-2026, 10:38
    Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
  • 3-11-2026, 10:35
    Yaponiyalı professor Xəzər Universitetində mühazirə ilə çıxış edib
  • 2-11-2026, 22:06
    Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • 2-11-2026, 22:03
    Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər
  • 2-11-2026, 21:59
    Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • 2-11-2026, 21:56
    “Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə