• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qalib xalqın qalib Lideri ilə Azərbaycan yeni hədəflərə doğru daha inamla irəliləyəcək –

Siyasət

16-02-2024, 10:47

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Qalib xalqın qalib Lideri ilə Azərbaycan yeni hədəflərə doğru daha inamla irəliləyəcək – RƏY
16.02.2024 [10:37]
Adı tariximizin qızıl səhifəsinə qalib xalqın qalib Lideri kimi yazılan Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi çox mühüm mesajlarla yadda qaldı. Dövlətimizin başçısı dərin məzmunlu nitqində bir çox məqamlara aydınlıq gətirdi, Azərbaycanın qarşısında duran yeni hədəflərdən, nəhəng iqtisadi layihələrdən, Ordumuzun daha da gücləndirilməsi istiqamətində görüləcək işlərdən söz açdı, şanlı Zəfərimizi şərtləndirən amilləri diqqətə çatdırdı.
Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Azərbaycan vətəndaşlarının seçkilərdə növbəti qələbələrə səs verdiklərini deyən A.Vəliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə misilsiz nailiyyətlər qazanan, bölgədə söz sahibinə çevrilən ölkəmizin bundan sonra da regionda sülhə və sabitliyə töhfə verəcək layihələrin müəllifi olacağına əminliyini ifadə edib. Bildirib ki, Azərbaycanın əldə etdiyi uğurların əsasında Prezident-xalq birliyi və dünya azərbaycanlılarının öz liderinə inamı dayanır. Çünki hələ 2003-cü ildə ilk dəfə Prezident seçilən İlham Əliyev o vaxt verdiyi vədlərin hamısını yerinə yetirdi, üzləşdiyi çətinlikləri və problemləri dəf etdi, xalqı vahid amal uğrunda birləşdirnməyə nail oldu. Nəticədə 2020-ci ildə Azərbaycan beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiklərini cəmi 44 gündə yerinə yetirdi, Qarabağ və Şərqi Zəngəzuru işğaldan qurtarmaqla tarixi ədaləti bərpa etdi. Bununla da regionda yeni reallıqlar yaratdı, elə reallıqlar ki, bu gün dünyanın supergücləri ölkəmizlə hesablaşmalı olurlar.
Deputat vurğulayıb ki, dövlətimizin başçısının nitqində xarici siyasətimizin prioritet istiqamətlərindən danışarkən konkret istiqamət müəyyənləşdirdi. Bildirdi ki, bizim beynəlxalq təşkilatlar arasında əsas tərəfdaşımız böyük coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı olmalıdır və bu istiqamətdə əməkdaşlıq daha da genişləndirməlidir. Əslində, bunun bir çox səbəbləri var. Onlardan biri odur ki, Vətən müharibəsi dövründə bu təşkilatın üzvü olan dövlətlərin demək olar hamısı Azərbaycana birmənalı dəstəklərini ifadə etdilər. Digər məqam isə son bir neçə ildə Təşkilatın nüfuzunun artırılması istiqamətində atılan addımlar, Türk dövlətləri arasında iqtisadi-ticari əlaqələrin genişlənməsi və yüksəksəviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsidir.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev nitqində əsas vəzifələrdən birinin Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi olduğunu bəyan etməsi heç də təsadüfi deyil. Çünki bu gün dünya Üçüncü Dünya müharibəsi ərəfəsindədir, qlobal miqyasda qarşıdurmalar, qeyri-sabitlik mövcuddur. Ona görə də belə bir məqamda ölkələrin öz təhlükəsizliklərini təmin etmələri bir nömrəli vəzifə kimi meydana çıxır ki, burada da Azərbaycan Prezidentinin fikirləri tamamilə başadüşüləndir. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsini həzm edə bilməyən qüvvələr Ermənistanı mənasız olsa da, revanşizmə sürükləyirlər. Düzdür, Vətən müharibəsində sonra Azərbaycan Ordusunun komplektlədirilməsi istiqamətində çox geniş, effektiv islahatlar həyata keçirilib, Ordumuz ən müasir silah və hərbi texnikalarla təchiz olunur. Amma bu proses davamlı olmalıdır ki, ölkəmizə qarşı olan qüvvələrin təxribatlarına dərhal və sarsıdıcı cavab verilsin.
Ağalar Vəliyev onu da qeyd edib ki, güclü iqtisadiyyat, güclü ordu, xalq-iqtidar birliyi, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə daha da artması Azərbaycanın müstəqil xarici siyasət yürütməsini şərtləndirir. Prezident İlham Əliyevin dediyi kimi: “Dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə bizi Qoşulma Hərəkatına sədr seçməzdi, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”. Heç şübhəsiz, ölkəmizin beynəlxalq nüfuzunun artmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu siyasət mühüm rol oynayır. Bu siyasət beynəlxalq ictimaiyyətin əksər üzvləri tərəfindən də dəstəklənir. Bölgəmizdə yaşanan son hadisələr zamanı ölkəmizə göstərilən beynəlxalq dəstək bunun bariz nümunəsidir. Bütün bunlar ölkəmizin etibarlı tərəfdaşa, beynəlxalq aləmdə mühüm aktora çevrilməsindən, Avropanın enerji təminatında, Şərqlə Qərb arasında əlverişli tranzit məkanı kimi oynadığı xüsusi roldan irəli gəlir. Bu gün həyata keçirilməkdə olan və planlaşdırılan layihələr, atılan addımlar və qazanılan zəfərlər onu deməyə əsas verir ki, qalib xalqın qalib Lideri kimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük hədəflərə doğru inamla irəliləyəcək, ölkəmizin qarşısında daha geniş üfüqlər açılacaq.
“Xalqımız bundan sonra da öz Liderinin ətrafında bir yumruq kimi sıx birləşərək daha böyük uğurlara imza atacaq. Buna heç kimin şübhəsi ola bilməz. Artıq xalqımızın və dövlətimizin həyatında yeni, parlaq bir dövr başlayır. Bizi qarşıda fəth ediləcək yeni zirvələr və böyük zəfərlər gözləyir. Yeni dövrdə milli maraqlara əsaslanan və güclü ideoloji təməli olan dövlət siyasətimiz ardıcıl və qətiyyətli şəkildə davam etdiriləcək. Prezident İlham Əliyevin andiçmə mərasimində bildirdiyi kimi, biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Yeni dövrdə də Azərbaycanın müstəqil, güclü dövlətçiliyi daim möhkəmlənəcək və inkişaf edəcək”, - deyə deputat əlavə edib.

Paylaş:
Digər xəbərlər

Siyasət

18-12-2023, 09:43

Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi yeni böyük hədəflərə hesablanmış addımdır ŞƏRH

Siyasət

24-12-2023, 00:52

Ötən 20 ilin hər günü Azərbaycanın tarixinə möhtəşəm uğur səhifələri kimi yazılıb

Siyasət

21-11-2023, 10:31

Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür

Siyasət

15-12-2023, 16:07

İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi 50 milyonluq azərbaycanlı kimliyinin tələbidir RƏY

Siyasət

8-02-2024, 09:22

Azərbaycan Prezidenti seçkiləri İtaliya mətbuatının diqqət mərkəzində olub

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 11:20
    Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir
  • Вчера, 11:14
    Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
  • Вчера, 11:11
    Bu gün Füzuli Şəhəri Günüdür
  • 16-10-2026, 14:19
    Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar
  • 16-10-2026, 14:13
    Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
  • 16-10-2026, 14:10
    Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 16-10-2026, 14:06
    Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 16-10-2026, 14:04
    Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 15-10-2026, 12:12
    AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
  • 15-10-2026, 12:10
    Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb
  • 15-10-2026, 12:07
    Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması
  • 15-10-2026, 12:04
    İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər
  • 15-10-2026, 12:00
    Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK
  • 14-10-2026, 19:08
    Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər
  • 14-10-2026, 19:06
    İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub
  • 14-10-2026, 19:03
    Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
  • 14-10-2026, 19:02
    Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib
  • 14-10-2026, 18:59
    Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
  • 14-10-2026, 18:57
    İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
  • 13-10-2026, 17:08
    Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
  • 13-10-2026, 17:05
    YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb
  • 13-10-2026, 12:01
    Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov
  • 13-10-2026, 11:56
    Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
  • 13-10-2026, 11:54
    Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək
  • 13-10-2026, 11:51
    Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar
  • 13-10-2026, 11:49
    Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb
  • 13-10-2026, 11:47
    Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
  • 13-10-2026, 11:43
    Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub
  • 13-10-2026, 11:40
    Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 11:14
    Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • 12-10-2026, 11:12
    Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 11:10
    Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva
  • 12-10-2026, 11:07
    Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir
  • 12-10-2026, 10:59
    Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür
  • 12-10-2026, 10:54
    Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə