• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mövlud Çavuşoğlu: Türkiyə sülhü dəstəkləyir və bundan sonra da Azərbaycanın yanında olacaq

Siyasət

5-04-2024, 08:22

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin özünün ən yüksək səviyyəsində olduğu, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan Azərbaycan və Türkiyənin bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin, onların siyasi iradəsinin və qətiyyətinin nəticəsidir ki, münasibətlərimiz müttəfiqlik səviyyəsinə çatıb. Bu gün Azərbaycanla Türkiyənin birgə fəaliyyəti, həyata keçirdiyi irimiqyaslı layihələrin regional və beynəlxalq səviyyədə əməkdaşlığa mühüm töhfələri qeyd edilib.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsində parlamentlərimiz də vacib rol oynayır. Tərəflər bu istiqamətdə mövcud olan əlaqələrin səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Vurğulanıb ki, qanunverici orqanlarımız parlament komitələri, dostluq qrupları və parlament aparatları səviyyəsində əməkdaşlıq həyata keçirirlər.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Mövlud Çavuşoğlu Prezident İlham Əliyevin builki seçkilərdə inamlı qələbəsinin onun xalq qarşısındakı misilsiz xidmətlərinin, Qarabağ Zəfərinin nəticəsi olduğunu deyib.
Görüşdə parlamentlərimizin beynəlxalq platformalarda əməkdaşlığının hazırkı səviyyəsindən razılıq ifadə olunub. Qeyd edilib ki, parlamentlərimizin mühüm əməkdaşlıq istiqamətlərindən biri də beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətlərimiz arasında əlaqələrin daha da gücləndirilməsi, ortaq mövqeyin formalaşdırılması, birgə fəaliyyətin təmin edilməsi üçün müntəzəm ünsiyyət kanallarının yaradılmasıdır. Mövlud Çavuşoğlunun bugünkü səfəri də hər iki parlamentin bu istiqamətdə əlaqələri gücləndirmək niyyətini əks etdirir.
Söhbət zamanı xüsusi vurğulanıb ki, bu gün bəzi beynəlxalq təşkilatlarda ölkələrimizə qarşı ikili standartların şahidi oluruq. Ölkəmizə qarşı xüsusi qərəzliliyi ilə seçilən təşkilatlardan biri də AŞPA-dır. Sahibə Qafarova deyib ki, artıq AŞPA-da dəyərlər qalmayıb, təşkilat obyektivliyini itirib.
Söhbət zamanı regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının da vacibliyi qeyd edilib. Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, Azərbaycanın sabitliyi, inkişafı təkcə region üçün deyil, Avropa və Asiya üçün də əhəmiyyətlidir. O, çox təəssüflə bildirib ki, bu gün Fransa başda olmaqla, Ermənistana mənfi təsir edən ölkələr var. Lakin Azərbaycan tək deyil. Türkiyə sülhü dəstəkləyir və qardaş ölkə olaraq bundan sonra da Azərbaycanın yanında olacaq.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

30-01-2024, 16:03

Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət

1-04-2024, 20:49

Səfir: Azərbaycanla Çin arasında münasibətlər dinamik və sabit inkişaf edir

Siyasət

29-10-2023, 18:32

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb

Siyasət

4-04-2024, 13:25

Türkiyənin NATO PA-dakı nümayəndəsi Mövlud Çavuşoğlu Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Siyasət

29-09-2023, 22:03

Milli Məclisin sədri Sahibə Qafarova Ukrayna Ali Radasının sədri ilə görüşüb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • Сегодня, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • Сегодня, 16:35
    Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
  • Вчера, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
  • Вчера, 17:45
    Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
  • Вчера, 15:23
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
  • Вчера, 15:21
    Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • Вчера, 15:16
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • Вчера, 09:56
    TƏBİB tərəfindən müharibə iştirakçılarına göstərilən tibbi xidmətlərin sayı açıqlanıb
  • Вчера, 09:53
    Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb
  • Вчера, 09:49
    Mətbuat Şurası: Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib
  • Вчера, 09:08
    Zəfər salnaməsi: qəhrəmanlıqdan Böyük Qayıdışa
  • Вчера, 09:03
    Bu gün Şuşa Şəhəri Günüdür
  • 7-11-2026, 10:08
    Lənkəranda ağacəkmə aksiyası çərçivəsində 2200 ting əkilib
  • 7-11-2026, 10:04
    ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar
  • 7-11-2026, 10:01
    Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
  • 6-11-2026, 12:04
    Sosial şəbəkələrdə təhqirə məruz qalanlar hüquqlarını necə qoruya bilərlər? - Hakim açıqladı
  • 6-11-2026, 12:00
    6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • 6-11-2026, 11:56
    Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
  • 6-11-2026, 11:54
    Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
  • 5-11-2026, 14:53
    “Müasir dilçilik istiqamətləri” monoqrafiyasında metodoloji və nəzəri yanaşmalar
  • 5-11-2026, 14:46
    Tibb elmləri doktoru Rəşad Şolan TDTD-nin Azərbaycandakı rəsmi nümayəndəsi təyin edilib
  • 5-11-2026, 14:43
    Azərbaycanda arı xəstəliklərinə qarşı epizootoloji monitorinq aparılıb
  • 5-11-2026, 10:49
    YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib
  • 5-11-2026, 10:46
    Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
  • 5-11-2026, 10:44
    Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
  • 5-11-2026, 10:08
    Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər təşkil ediləcək
  • 5-11-2026, 10:06
    Paytaxtın bəzi yollarında sıxlıq var
  • 3-11-2026, 10:40
    Milli yaddaşdan rəqəmsal mediaya: Azərbaycan radiosunun 100 illik yubiley konfransı
  • 3-11-2026, 10:38
    Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
  • 3-11-2026, 10:35
    Yaponiyalı professor Xəzər Universitetində mühazirə ilə çıxış edib
  • 2-11-2026, 22:06
    Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • 2-11-2026, 22:03
    Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər
  • 2-11-2026, 21:59
    Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • 2-11-2026, 21:56
    “Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə