• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Siyasi şərhçi: Fransanın Ermənistanın “nazı ilə oynaması” regionda Rusiyaya qarşı cəbhə açmaq niyyətindən qaynaqlanır

Siyasət

15-04-2024, 16:52

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirərək tarixi torpaqlarını erməni işğalçılarından azad etdi. Dövlətimiz ardınca ciddi siyasi, diplomatik və hərbi həmlələrlə Vətən torpaqlarımızdakı separatçılıq yuvalarını tamamilə sıradan çıxardı və bütün ərazilərimizdə suverenliyimiz tam bərpa olundu. Hərbi münaqişələrin, siyasi toqquşmaların, bölücülük meyillərinin bütün dünyanı cənginə aldığı bir dönəmdə Azərbaycanın Qarabağ problemini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həll etməsi beynəlxalq birlik tərəfindən də böyük təqdirlə qarşılandı. Hazırda Ermənistanla sülh sazişinin imzalanması, sərhədlərin qarşılıqlı tanınması ilə bağlı intensiv danışıqlar aparılır.
Bu sözləri açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
F.Şahbazlı qeyd edib ki, uzunmüddətli böhranın tam şəkildə həllinə son dərəcə yaxın bir vaxtda Fransa peyda olur və artıq “ölmüş” separatçı rejimin “dirildilməsi” uğrunda mübarizə aparacağını elan edir. Fransa Ermənistana davamlı silah yardımları göstərir, beynəlxalq qurumlarda Azərbaycan əleyhinə qarayaxma kampaniyaları təşkil edir. Bunun nəticəsidir ki, son dönəmlərdə Ermənistan Azərbaycanla şərti dövlət sərhədində mütəmadi hərbi təxribatlar törədir. Bu hərbi təxribatların aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Ermənistan-Avropa İttifaqının üçtərəfli görüşü ərəfəsində və görüşdən sonra baş verməsi təsadüfi deyil. Ermənistan bu görüşdən və Fransanın “bacılığı”ndan güc alaraq regionu yenidən “barıt çəlləyi”nə çevirmək istəyir.
Siyasi ekspertin sözlərinə görə, Emmanuel Makron, onun nazirləri, merləri, hətta ətirsatanları belə Bakını sanksiyalar və az qala silahlı müdaxilə ilə hədələyirlər. Niyə? Nə üçün? Hər şeydən əvvəl ona görə ki, Fransanın xarici siyasəti müasir tarixində heç vaxt olmadığı qədər ciddi böhran keçirir. Onu keçmiş koloniyalarından – Mərkəzi və Qərbi Afrika ölkələri olan Malidən, Mərkəzi Afrika Respublikasından, Nigerdən, Burkina-Fasodan qovurlar. Qabonda da Fransayönümlü administrasiya devrilir, müstəmləkə dövründən qalma fransız hərbçilər, firmalar və mütəxəssislər ölkədən çıxarılır, hərbi-siyasi və iqtisadi müqavilələrə xitam verilir. Şimali Afrikadakı ərəb ölkələri də fransızlara qarşı soyuq düşmənçilik nümayiş etdirir. İkincisi, Fransa təkcə uğursuz xarici siyasət ölkəsi deyil, eyni zamanda, uzun müddətdən bəri fitilinə heç kimin toxunmadığı bir “barıt çəlləyi”dir. Bu ölkənin həll edilməmiş etnik, milli və dini problemləri, Korsikada silahlı separatçılıq kimi gizli problemləri var. Bretan bölgəsində də separatçı təşkilatlar fəaliyyət göstərir. Belə bir şəraitdə kimsə bu insanların mübarizə və azadlıq duyğularını hiss etmək, bu mübarizəni müxtəlif mexanizmlərlə dəstəkləmək istəsə nə baş verəcək?! Sualın özündə cavab da var… Fransa əhalisinin on milyona yaxınını mühacirlər təşkil edir ki, onların də əksəriyyəti müsəlmanlardır. Onlar kompakt anklavlarda və gettolarda “fransızca” deyil, özlərinin milli-dini qaydalarına uyğun yaşayırlar. Onların “mədəniləşdirilməsi” siyasəti isə çoxdan iflasa uğrayıb. İndi kimsə onları açıq şəkildə etnik və dini hüquqları uğrunda mübarizəyə çağırsa, tələblərini maliyyələşdirib dəstəkləsə, onları Fransa dövlətindən ayrılmağa, hüquqi və inzibati muxtariyyətə nail olmaq üçün mübarizəyə şirnikləndirsə nə baş verəcək? Düşünürük ki, yenə də əlavə izaha ehtiyac yoxdur.
“Onsuz da boğaza qədər “zibil”in içində olan rəsmi Paris özünün qeyri-məntiqi siyasəti ilə Azərbaycanı qorxutmağa çalışır. Əslində, bu zavallıları qınamaq da olmur. Çünki tarixi təcrübə göstərir ki, çürüməkdə, ölməkdə olan imperialist dövlətlər adətən bu cür vəziyyətlərdən müharibələr vasitəsilə çıxmağa çalışırlar. Fransanın Kiyevə cani-dildən dəstək verməsi də Ukrayna xalqına sonsuz sevgidən deyil, Napoleon Bonapartı Parisə qədər qovan, sonra onu Vaterloya, daha sonra Müqəddəs Yelena adasına sürgün edən ruslara nifrətdən və fransızların diqqətini yuxarıda sadaladığımız problemlərdən yayındırmaq məqsədi daşıyır. Elə Emmanuel Makronun Ermənistanın “nazı ilə oynaması”da haylara pərəstişindən deyil, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətindən qaynaqlanır. Bunu nisbətən ayıq erməni siyasətçiləri də başa düşürlər və Nikol Paşinyanı özünün bu “qul xisləti”ndən əl çəkməyə çağırırlar”, - deyə F.Şahbazlı vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

20-02-2024, 19:19

Siyasi şərhçi: Avropa Azərbaycana doğru yaxınlaşır

Siyasət

14-02-2024, 23:59

Prezident seçkilərinin ilk dəfə bütün ölkə ərazisini əhatə etməsi böyük tarixi əhəmiyyət daşıyır

Siyasət

13-11-2023, 16:22

Fransanın Ermənistanı silahlandırması: Paris Cənubi Qafqazda sülhə qarşı - ŞƏRH

Siyasət

2-11-2023, 11:58

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının həmsədri ilə görüşüb

Siyasət

2-10-2023, 10:55

Deputat: Böyük Qayıdış Azərbaycanın qüdrətini, xalqımızın Vətəninə bağlılığını bir daha dünyaya nümayiş etdirir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 13:03
    “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb
  • Вчера, 13:00
    Biləsuvarda məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • Вчера, 12:57
    Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb
  • Вчера, 12:53
    Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
  • 20-10-2026, 17:41
    QHT-lər üçün dövlət sifarişləri üzrə müsabiqə elan edilir
  • 20-10-2026, 17:37
    Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb
  • 20-10-2026, 17:34
    DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
  • 20-10-2026, 11:32
    Ali Məhkəmə: Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil
  • 20-10-2026, 11:30
    Bu gün Zəngilan Şəhəri Günüdür
  • 20-10-2026, 11:24
    Fərid Şəfiyev: Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır
  • 19-10-2026, 14:02
    Vəkillər Kollegiyasının pulsuz hüquqi yardım aksiyaları davam edir
  • 19-10-2026, 13:58
    Məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir nəfər həbs edilib
  • 19-10-2026, 12:10
    TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - Fərman
  • 19-10-2026, 11:59
    Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
  • 18-10-2026, 12:35
    Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir
  • 18-10-2026, 11:01
    FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb
  • 18-10-2026, 10:57
    Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
  • 17-10-2026, 11:20
    Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir
  • 17-10-2026, 11:14
    Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
  • 17-10-2026, 11:11
    Bu gün Füzuli Şəhəri Günüdür
  • 16-10-2026, 14:19
    Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar
  • 16-10-2026, 14:13
    Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
  • 16-10-2026, 14:10
    Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 16-10-2026, 14:06
    Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 16-10-2026, 14:04
    Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 15-10-2026, 12:12
    AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
  • 15-10-2026, 12:10
    Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb
  • 15-10-2026, 12:07
    Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması
  • 15-10-2026, 12:04
    İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər
  • 15-10-2026, 12:00
    Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK
  • 14-10-2026, 19:08
    Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər
  • 14-10-2026, 19:06
    İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub
  • 14-10-2026, 19:03
    Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
  • 14-10-2026, 19:02
    Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib
  • 14-10-2026, 18:59
    Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə