• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Astanada “ŞƏT plyus” formatında görüş keçirilib Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib YENİLƏNİB

Siyasət

5-07-2024, 10:04

Azərbaycan Dövlət İnformasiya Agentliyi
RƏSMİ XRONİKA
Astanada “ŞƏT plyus” formatında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib YENİLƏNİB-
04.07.2024 [17:10]
Astana, 4 iyul

İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəldi.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısını qarşıladı.

Görüş iştirakçıları birgə foto çəkdirdilər.

Sonra tədbir iştirakçılarının şərəfinə rəsmi ziyafət verildi.

Daha sonra “ŞƏT plyus” formatında görüş keçirildi.

Şanxay Əməkdaşlıq Təşkilatının sədri, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “ŞƏT plyus” formatında görüşdə iştirak edən dövlət və hökumət başçılarını salamladı və çıxış etdi.

Qazaxıstan Prezidenti Azərbaycanın ŞƏT-ə üzv ölkələrlə yüksək səviyyəli əlaqələrinə toxundu, bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un əhəmiyyətini vurğulayaraq dedi:

- Biz bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransında iqlim gündəliyi ilə bağlı həmrəyliyimizi nümayiş etdirə biləcəyik. Fürsətdən istifadə edərək, möhtərəm Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə bu qlobal tədbirin keçirilməsində uğurlar arzulayıram.

Sonra görüşdə BMT-nin Baş katibi Antonio Quterreş, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankar, Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux çıxış etdilər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi:

- İndi isə sözü fəxri qonaq qismində görüşə dəvət olunmuş dövlət başçılarına vermək istərdim.

Söz Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə verilir.


Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı
-Hörmətli Kasım-Jomart Kemeleviç.

Hörmətli dövlət və hökumət başçıları.

Əvvəlcə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürümü bildirmək istərdim.

Bu, mənim son iki ildə Qazaxıstana dördüncü səfərimdir. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib və bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.

Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.

Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik.

Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.

Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.

Hörmətli həmkarlar, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.

Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Biz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdik, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdik, Hərəkatın institusional inkişafına töhfə verdik, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformasının əsasını qoyduq.

Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.

Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm.

Sağ olun.

Prezident Kasım-Jomart Tokayev dedi:

- Hörmətli İlham Heydər oğlu Əliyev, məzmunlu çıxışınıza görə Sizə təşəkkür edirəm. Biz Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin möhkəmləndirilməsi səylərinə böyük əhəmiyyət veririk.

Sonra Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Ərəb Əmirliklərinin Ras əl-Xeymə Əmirliyinin hakimi Saud bin Saqr Al Qasimi çıxış etdilər.

Qeyd edək ki, “ŞƏT plyus” formatında keçirilən görüşə 16 ölkənin dövlət və hökumət başçıları qatılıb. Dövlətimizin başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ŞƏT-in sədri statusunda dəvəti ilə görüşdə iştirak edib. Xatırladaq ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir.

Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul edilib.

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

Paylaş:
Digər xəbərlər

Siyasət

5-07-2024, 09:59

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib YENİLƏNİB

Siyasət

4-07-2024, 10:37

Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfərə gəlib

Siyasət

17-05-2024, 17:06

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Siyasət

4-07-2024, 10:45

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib YENİLƏNİB-2

Siyasət

12-03-2024, 19:23

Tokayev: Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 17:08
    Hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxs saxlanılıb
  • Сегодня, 17:02
    Almaniya ilə münasibətlərin inkişafı Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı baxımından da mühümdür ŞƏRH
  • Сегодня, 11:17
    Deputat: Azərbaycan mətbuatı 151 illik şərəfli inkişaf yolu keçərək informasiya müharibəsində mühüm gücə çevrilib
  • Сегодня, 11:11
    “Çevikçi” kursunu bitirmiş hərbi qulluqçulara beretlər təqdim olunub
  • Сегодня, 11:09
    Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir
  • Сегодня, 09:22
    Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanır
  • Сегодня, 09:20
    Aqil Camal: Bu gün media rəqəmsal transformasiya və süni intellektin yaratdığı yeni çağırışlar fonunda inkişaf edir
  • Сегодня, 09:17
    Xəzər dənizində batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib
  • Сегодня, 09:14
    “Əkinçi”dən Şuşa Qlobal Media Forumunadək: Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu
  • Вчера, 14:40
    Ali Məhkəmə: İşçinin əmək təminatlarının tətbiqi işəgötürənin aktiv öhdəliyidir
  • Вчера, 14:37
    Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
  • Вчера, 14:22
    Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib
  • Вчера, 11:24
    Azərbaycan nefti 93 dollara satılır
  • Вчера, 11:20
    Ötən üç ayda xarici kvalifikasiyaların tanınması üzrə 11 saxta diplom aşkarlanıb
  • Вчера, 11:18
    Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb
  • Вчера, 11:15
    Səyyar ASAN xidmət Xankəndidə
  • Вчера, 11:13
    Sabah respublika üzrə pensiyaların ödənişi tam yekunlaşdırılacaq
  • 20-07-2026, 20:03
    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib
  • 20-07-2026, 20:01
    XİN: Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub
  • 20-07-2026, 14:45
    Regionlarda investisiya fəallığının artırılması və KOB-ların dəstəklənməsi istiqamətində tədbirlər həyata keçiriləcək
  • 20-07-2026, 14:40
    Bu ilin II rübündə 282 nəfərin IELTS imtahanı xərcləri qarşılanıb
  • 20-07-2026, 14:37
    “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiqlənib
  • 20-07-2026, 13:35
    “Brent” markalı neftin qiyməti iyunun 11-dən bəri ilk dəfə 90 dolları ötüb
  • 20-07-2026, 13:32
    Azərbaycan məktəbliləri Beynəlxalq Kimya Olimpiadasında 3 medal qazanıblar
  • 20-07-2026, 13:30
    DİM magistratura üzrə qabiliyyət imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası təşkil edəcək
  • 20-07-2026, 13:28
    Qabiliyyət imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası iyulun 23-də fəaliyyət göstərəcək
  • 20-07-2026, 13:26
    Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır
  • 20-07-2026, 13:22
    Sosioloq: Məqsəd sosial şəbəkələrin tamamilə qadağan olunması deyil, onlardan təhlükəsiz istifadə mədəniyyətinin formalaşdırılmasıdır
  • 19-07-2026, 14:51
    BDU-nun professoru vəfat edib
  • 19-07-2026, 14:49
    Sabunçu rayonunda açıq ərazidə yanğın baş verib
  • 19-07-2026, 14:47
    “Azərsilah”ın poliqonlardan birində yanğın hadisəsi baş verib
  • 18-07-2026, 12:20
    Mühəndislik Universiteti magistratura səviyyəsində 8 ixtisaslaşma təklif edir
  • 18-07-2026, 12:18
    ANAMA-nın təsis edilməsinin 28-ci ildönümü tamam olur
  • 18-07-2026, 12:16
    Xırdalanda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub
  • 18-07-2026, 12:13
    Azərbaycan nefti 91 dollara satılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə