• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ceyhun Bayramov: COP29 qlobal sülh və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacaq

Siyasət

24-09-2024, 10:18

Bakı, 24 sentyabr.

İqlim dəyişikliyi, dağıdıcı münaqişələr, geosiyasi gərginliklər və artan bərabərsizlik kimi presedentsiz çağırışlarla qarşı-qarşıya qalan dünya həlledici yolayrıcındadır. Bu kritik dönəmdə “Gələcəyin Sammiti” aktual çağırışların həll olunması, uçurumların aradan qaldırılması və çoxtərəfli sistemin bir vahid şəklində irəlilədiyini nümayiş etdirmək üçün bir fürsətdir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində reallaşan “Gələcəyin Sammiti”ndə çıxışında deyib.

Bildirib ki, Azərbaycan özü beynəlxalq hüququn, o cümlədən humanitar hüququn pozulmasının ən faciəvi nəticələrini yaşayıb və BMT Nizamnaməsinin, habelə əsas orqanlarının çoxsaylı qətnamələrinin icra edilməməsi ədalətsizliyi ilə üzləşib. Məhz bu səbəbdən Azərbaycan beynəlxalq hüquqa ciddi riayət edilməsi və beynəlxalq normaların aşınmasının dayandırılması baxımından bu Sammitin ideyasını tam anlayır. Nizamnamə və eləcə də orada əksini tapan bütün alətlər və mexanizmlər heç bir ikili standartlar, siyasi, coğrafi və ya hər hansı üstünlüklər olmadan qeyd-şərtsiz tətbiq edilməlidir.

“Biz Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) cəmi 17%-nin yerinə yetirildiyi Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə aparan yolun tən yarısında görüşürük. İrəliləyişə nail olmaq üçün siyasi öhdəliklərimizi həlledici fəaliyyətə çevirməyə təcili ehtiyac var. Azərbaycan bu baxımdan DİM-lər üzrə irəliləyişi gücləndirmək üçün Baş katibin səylərini tam dəstəkləyir və 75-ci Yubiley Bəyannaməsindəki öhdəliklərə sadiq qalır. Biz milli səviyyədə 17 məqsəd, 88 hədəf və 119 göstəricini prioritetləşdirməklə irəliləyişə nail olmaqla digərlərinə nümunə göstəririk. Buna vətəndaş cəmiyyəti, biznes ictimaiyyəti, qadınlar, gənclər və digər əsas maraqlı tərəfləri əhatə edən əməkdaşlıq və inklüziv proses vasitəsilə nail olunub.

Ərazilərimizin işğaldan azad edilməsi DİM-lərə nail olunması baxımından da yeni səhifə açıb. Hökumət DİM-lərin həyata keçirilməsinin bütün aspektlərini əhatə edən on milyardlarla ABŞ dolları dəyərində genişmiqyaslı yenidənqurma və bərpa səylərinə başlayıb.

Bundan əlavə, Azərbaycan DİM18, mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər üzrə milli məqsədi təqdim edib. Təcili humanitar ehtiyacların həlli, yaşayış vasitələrinin bərpası və icmaların canlandırılmasında minalardan təmizlənmənin həlledici olduğunu nəzərə alaraq, daha böyük beynəlxalq dəstəyə və həmrəyliyə çağırırıq.

Biz, həmçinin 2030 Gündəliyi üzrə dörd Könüllü Milli Hesabat təqdim edən regionumuzda birinci ölkə olmaqla, bütün dünyada azsaylı ölkələr sırasındayıq. 2024-cü il Dayanıqlı İnkişaf Hesabatında Azərbaycan dünya ölkələrinin üçdə ikisindən irəlidədir”, - deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, Azərbaycan BMT Nizamnaməsi tərəfindən qorunan suverenlik və ərazi bütövlüyü hüquqlarını bərpa edərək yeni dövrə qədəm qoyub: “Azərbaycan gücdən istifadənin qanunsuzluğuna son qoymaqla Ermənistanla tam şəkildə bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsinə əsaslanan postmünaqişə normallaşma gündəliyinin təməlini qoyub.

Biz ikitərəfli danışıqlar vasitəsilə əldə edilmiş irəliləyişi əsas götürərək, yerdə qalan əngəlləri aradan qaldırmaq üçün təcili addımlar atmağa çağırır, lazımi siyasi iradənin və məsuliyyətin nümayiş etdirilməsinin vacibliyini vurğulayırıq”.

Nazir əlavə edib ki, əsrin ən böyük transmilli çağırışı olan iqlim dəyişikliyini aradan qaldırmaq zəruridir. Bu, gələcək risk deyil, bütün dünyada hazırda milyardlarla insan üçün mövcud olan təhlükədir.

2024-cü ilin noyabr ayında Azərbaycan İqlim Dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. “Yaşıl Dünya naminə Həmrəylik” çağırışını rəhbər tutaraq, Azərbaycan iqlim dəyişikliyinə qarşı daha davamlı və dayanıqlı dünya üçün əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. Biz həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri bir araya gətirməyi və ümumi öhdəlik və mənəvi vəzifə qismində iqlim çağırışlarını həll etmək məqsədilə əməkdaşlıq ruhunu təşviq etməyi hədəfləyirik.

“Başlamaqda olan COP29 Sədrliyi çərçivəsində biz bütün tərəflər və maraqlı bitərəf tərəfdaşlar ilə inklüziv şəkildə işi davam etdiririk. Azərbaycanın COP29 Sədrliyinin əhatəli və inklüziv strategiyası bu il əsas prioritet qismində yeni iqlim maliyyəsi hədəfinin qoyulması ilə ambisiyanın artırılması və fəaliyyətə şərait yaradılması kimi qarşılıqlı şəkildə bir-birini gücləndirən iki sütunda təşəkkül tapıb.

COP29, eyni zamanda, qlobal sülh və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacaq. Münaqişələr və iqlim böhranı kimi məsələlərin kəsişdiyini nəzərə alaraq, bir neçə gün əvvəl bəyan edilən Barışıq Çağırışında əksini tapmış COP29 naminə flaqman Barışıq Təşəbbüsünü təqdim edib. Biz COP29 ayı ərzində birliyə və barışığa hörmət etməyə çağırırıq.

Sonda gəlin bir daha iqlim davamlılığı və dayanıqlı inkişafın, sülh və təhlükəsizliyin, sadəcə, arzu-istək deyil, hamı üçün reallıq olduğu daha yaxşı gələcəyə sadiqliyimizi təsdiq edək.

Biz yalnız cəsarətli, inklüziv və əməkdaşlıq fəaliyyəti vasitəsilə buna nail ola bilərik”, - deyə nazir sonda vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

22-09-2024, 11:58

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

Siyasət

5-03-2024, 22:01

Nazir: Azərbaycan İsrail-Fələstin münaqişəsinin humanitar nəticələrinin aradan qaldırılmasında səylər göstərir

Siyasət

19-04-2024, 19:10

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Siyasət

1-03-2024, 13:37

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalyada panamalı həmkarı ilə görüşüb

Siyasət

6-03-2024, 21:57

Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 15:09
    Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • Вчера, 15:06
    Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • Вчера, 12:11
    Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
  • Вчера, 12:04
    Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
  • Вчера, 12:02
    Sentyabrın 23-ü Beynəlxalq Jest Dilləri Günüdür
  • Вчера, 11:59
    Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib
  • Вчера, 11:57
    Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub
  • Вчера, 11:53
    Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb
  • 22-09-2026, 10:08
    Azərbaycan nefti 116 dollara satılır
  • 22-09-2026, 10:06
    Bakının üç rayonunda elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq
  • 22-09-2026, 09:14
    Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüksəksəviyyəli görüş keçirilir
  • 22-09-2026, 09:08
    Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb
  • 21-09-2026, 12:00
    Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb
  • 21-09-2026, 11:56
    Nizami rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
  • 21-09-2026, 11:54
    Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT
  • 21-09-2026, 10:41
    “Səhər danışarıq...” – şəhid Hacıəli Qasımovun yarımçıq qalan son sözü
  • 21-09-2026, 10:38
    “Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 21-09-2026, 10:31
    Bu gün Beynəlxalq Sülh Günüdür
  • 21-09-2026, 10:28
    Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub
  • 20-09-2026, 08:26
    Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə
  • 19-09-2026, 16:11
    “Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir
  • 19-09-2026, 12:20
    Sentyabrın 19-u Beynəlxalq Cərrahlar Günüdür
  • 19-09-2026, 12:17
    Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır
  • 19-09-2026, 12:12
    Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası – TƏHLİL
  • 19-09-2026, 09:58
    Antiterror tədbirləri: DİN-in döyüş yolu
  • 19-09-2026, 09:55
    Bir sutkada qazanılan tarixi Zəfər
  • 18-09-2026, 13:34
    Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gələcək
  • 18-09-2026, 13:28
    EYBA-nın Bakı konfransında yerli vəkil və hüquqşünaslar üçün qeydiyyat başlayıb
  • 18-09-2026, 13:25
    Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib
  • 18-09-2026, 10:41
    DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var
  • 18-09-2026, 10:37
    SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
  • 18-09-2026, 10:33
    Rasim Musabəyov: Azərbaycan Türk dünyasının təbii mərkəzi kimi çıxış edir
  • 17-09-2026, 11:24
    Sentyabrın 17-si Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
  • 17-09-2026, 11:22
    Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir
  • 16-09-2026, 17:56
    İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə