• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin payız sessiyasının 02 oktyabr 2023-cü il tarixli plenar iclasında çıxışı

Siyasət

2-10-2023, 18:10

Hörmətli həmkarlar!
Bildiyiniz kimi, sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirilmişdir. Nəticədə Azərbaycan ərazisində qanunsuz qalan Ermənistan silahlı birləşmələri və terrorçu qruplar darmadağın edilmiş, Ermənistanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuşdur.
Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilmişdir. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olmuşdur.
Hörmətli həmkarlar!
Mən xalqımıza yeni böyük qələbə sevincini yaşadan Prezidentimiz və müzəffər sərkərdəmiz İlham Əliyevə, qəhrəman əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlığımızı bildirirəm.
Hörmətli həmkarlar!
Təəssüf ki, müharibə itkisiz olmur. Xahiş edirəm, antiterror tədbirləri zamanı, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edək.
Allah rəhmət eləsin. Biz qazilərimizə möhkəm can sağlığı, yaralı hərbçilərimizə də şəfa diləyirik.
Hörmətli deputatlar!
Əminəm ki, Qarabağda həyatın normal axarına qayıtması, erməni milliyyətli sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün görülən tədbirlər də uğurla başa çatacaqdır. Buna da inanıram ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivi indi daha realdır və Cənubi Qafqazda sabitliyin bərqərar ediləcəyi gün uzaqda deyil. Azərbaycan dövləti buna çalışır və biz qarşı tərəfdən də eyni yanaşmanı gözləyirik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində söylədiyi bu sözlər, düşünürəm ki, hər bir azərbaycanlının fikrini ifadə edir:
“Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin.
... Bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq!
Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
Hörmətli həmkarlar!
Ötən dövrdə Milli Məclisin həyatında, təəssüf ki, kədərli hadisələr də baş vermişdir.
İyulun 14-də parlamentin ən təcrübəli deputatlarından biri olan Madər Musayev dünyasını dəyişmişdir. Madər müəllimin altı çağırış Milli Məclisin deputatı seçilməsi xalqın ona bəslədiyi hörmət və inamın bariz ifadəsi idi. 28 ilə yaxın dövrdə o, seçicilərini parlamentdə layiqincə təmsil etmişdi.
Madər Musayev özünün vətəndaşlıq mövqeyi və fəaliyyəti ilə cəmiyyətdə birlik və həmrəyliyin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına töhfə verirdi. O, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdi.
Hörmətli həmkarlar!
Sentyabrın 28-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva haqq dünyasına qovuşmuşdur. Qənirə xanım parlaq və mənalı bir ömür yolu keçmiş, bütün bilik və bacarığını, istedad və qabiliyyətini xalqına və dövlətinə həsr etmişdir.
Qənirə Paşayeva 2005-ci ildən bəri ardıcıl dörd çağırış Milli Məclisin deputatı seçilmişdi. Milli Məclisin qanunvericilik və qanunyaratma fəaliyyətində, beynəlxalq əlaqələrində yaxından iştirak etməklə yanaşı, Qənirə xanım seçicilərinin qayğılarına həssas münasibəti ilə böyük hörmət və nüfuz qazanmışdı.
Mərhum həmkarlarımız Madər müəllim və Qənirə xanım haqqında düşünərkən gözlərimiz önündə yüksək mənəvi keyfiyyətləri və mədəniyyəti, alicənablığı və xeyirxahlığı ilə seçilən Azərbaycan ziyalılarının nurlu obrazları canlanır. Onlar bizim yaddaşımızda belə də qalacaqlar.
Hörmətli həmkarlar!
Xahiş edirəm, Madər Musayevin və Qənirə Paşayevanın əziz xatirələrini bir dəqiqəlik sükutla yad edək.
Allah hər ikisinə rəhmət eləsin.
Hörmətli deputatlar!
Bu ilin yaz və növbədənkənar sessiyalarının yekunları barədə mən sizə ətraflı məlumat vermişdim. Sadəcə xatırladım ki, iki sessiyada 23 iclas keçirilmiş, 195 qanun və qərar qəbul edilmişdir. Ölkə həyatının mühüm məsələlərinə münasibət bildirilmişdir.
Milli Məclis dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirləri görmüşdür.
Parlamentin beynəlxalq fəaliyyəti sessiyalardan sonrakı dövrdə də uğurla davam etmişdir.
Bu ərəfədə Milli Məclisin 34 deputatı 23 ölkəyə 41 səfər həyata keçirmiş, üzv olduğumuz beynəlxalq təşkilatların toplantılarında iştirak və çıxış etmişlər.
Millət vəkillərimiz Özbəkistanda keçirilən Prezident seçkilərini və Kambocada keçirilən parlament seçkilərini müşahidə etmişlər.
Hörmətli həmkarlar!
15 ölkənin və 2 beynəlxalq təşkilatın 20 nümayəndə heyəti, o cümlədən 2 ölkənin parlament sədri, ümumən 193 nəfər xarici qonaq Milli Məclisdə olmuşlar.
Milli Məclis Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər daimi komitəsinin iclasına ev sahibliyi etmişdir.
Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.
Hörmətli həmkarlar!
Ötən dövrdə Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyətləri Bolqarıstanda rəsmi səfərdə, Macarıstan, Kuba və İrlandiyada işgüzar səfərlərdə olmuşlar.
Sentyabrın 11-13-də Bolqarıstana rəsmi səfər çərçivəsində ölkə Prezidenti Rumen Radev, Milli Assambleyanın sədri Rosen Jelyazkov, Baş nazir Nikolai Denkov ilə görüşlər keçirildi. Görüşlərdə 44 günlük Vətən müharibəsində qələbədən sonra bölgədə yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, sülh gündəliyinin irəli aparılması üçün Azərbaycanın göstərdiyi səylər, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə qarşı törədilən siyasi-hərbi təxribatlar haqqında həmsöhbətlərimizə məlumat verildi.
Parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olundu.
Nümayəndə heyətimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Türkiyə Respublikasının qurulmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etdi, eləcə də Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzini ziyarət etdi.
Hörmətli deputatlar!
Sentyabrın 14-də Macarıstana işgüzar səfərdə məqsəd 5-ci Budapeşt Demoqrafik Sammitində iştirak etmək idi. “Ailə təhlükəsizliyin açarıdır” mövzusunda keçirilən müzakirələrdə çıxışım zamanı ölkəmizdə ailə dəyərlərinə hörmət, dövlətimizin ailə siyasəti barədə danışdım. Ermənistanın işğalçılıq siyasətinin ailə institutuna destruktiv təsirləri haqqında geniş məlumat verdim.
Səfər gedişində Macarıstan Prezidenti Katalin Novak ilə keçirilən görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə etdim. Ölkələrimizin əməkdaşlıq gündəliyinin kifayət qədər zəngin olduğu qeyd edildi. Parlamentlərimizin bir çox beynəlxalq parlament təşkilatlarında uğurlu iş birliyindən danışıldı.
Hörmətli həmkarlar!
Sentyabrın 15-də Kuba Respublikasına işgüzar səfərim oldu. Bildiyiniz kimi, həmin gün ölkənin paytaxtı Havana şəhərində G77+Çin Qrupunun Zirvə görüşü keçirilirdi. Sammit çərçivəsində “Elm, texnologiya və innovasiyanın rolu” mövzusunda keçirilən müzakirələrdə çıxış etdim. Ölkəmizin Davamlı İnkişaf üzrə 2030 Gündəliyinin həyata keçirilməsinə sadiq olduğunu qeyd etdim. BMT-yə üç Könüllü Milli İcmal Hesabatı təqdim etmiş ölkələr siyahısında məhz Azərbaycanın region ölkələri arasında birinci, dünyada isə 12 ölkədən biri olduğunu iştirakçıların nəzərinə çatdırdım.
Dayanıqlı İnkişaf Məqsədlərinin ölkəmiz üçün xüsusi önəmi, bərpa olunan enerji ilə bağlı bir sıra layihələrin icrası və digər məsələlər barədə məlumat verdim. Eyni zamanda, Azərbaycanda işğaldan azad olunan torpaqlarda aparılan quruculuq işləri haqqında da məlumat verdim.
Səfər zamanı Kuba Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandes ilə görüşümüz oldu. Görüşdə dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolu ilə bağlı məsələlər nəzərdən keçirildi.
Hörmətli həmkarlar!
Sentyabrın 27-29-da İrlandiyanın paytaxtı Dublin şəhərinə işgüzar səfərdə məqsəd Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək idi. Konfransda çıxışımda ictimai təmsilçilik məsələləri ilə bağlı Azərbaycanın təcrübəsi və əldə etdiyi nəticələr barədə fikirlərimi bölüşdüm.
Ermənistan spikerinin böhtanlar üzərində qurulmuş çıxışına cavab olaraq suverenlik və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyətindən danışdım. Xatırlatdım ki, Azərbaycan 2020-ci ildə ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra Ermənistanla münasibətləri normallaşdırmaq və beynəlxalq hüquqa əsaslanan sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış etmişdir. Son üç ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmaq üçün bütün vasitələrdən, o cümlədən hərbi-siyasi təxribatlar, ərazilərin minalanması, separatizmin dəstəklənməsi kimi vasitələrdən istifadə etmişdir.
Sentyabrın 19-da Ermənistanın növbəti hərbi təxribata əl atması nəticəsində hərbi qulluqçularımızın və mülki vətəndaşımızın həlak olduğunu bildirdim. Qeyd etdim ki, bu təxribatlara cavab olaraq Azərbaycan qanunsuz hərbi birləşmələri və hərbi infrastrukturu hədəf alan lokal antiterror tədbirləri həyata keçirmişdir.
Terrorla mübarizə tədbirləri 24 saatdan da az müddətdə öz məqsədlərinə çatmışdır. Hazırda Ermənistanın silahlı qüvvələri ərazilərimizdən çıxarılır, separatçı rejim özünü buraxmışdır.
Bildirdim ki, artıq Qarabağ bölgəsinin erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyası başlanmışdır. Bir daha vurğuladım ki, erməni sakinlərin bütün hüquqları və təhlükəsizliyi Konstitusiyaya və Azərbaycanın qoşulduğu beynəlxalq mexanizmlərə uyğun olaraq təmin ediləcək.
Hörmətli həmkarlar!
Səfər zamanı ikitərəfli görüşlər də keçirildi. İrlandiya Parlamenti Nümayəndələr Palatasının sədri Şon Oferghail, Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ilə görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişaf yolları müzakirə edildi.
Həmçinin Fransa Milli Assambleyasının sədri ilə görüş oldu. Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşdə Fransanın Azərbaycan barəsində nümayiş etdirdiyi qərəzli mövqe barəsində fikirlərimi bildirdim. Fransa parlamentinin Azərbaycanla Ermənistan arasında sülh prosesinə mənfi təsir göstərən, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü şübhə altına alan, separatizmi dəstəkləyən, revanşist qüvvələrə cəsarət verən bir çox qətnamələr qəbul etdiyini xatırlatdım. Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri zamanı yalnız qanunsuz hərbi birləşmələrə və legitim hərbi hədəflərə zərbələr endirildiyini qeyd etdim. Bildirdim ki, Qarabağın erməni sakinlərinə birbaşa təhdidin olması və onlara qarşı kütləvi zorakılıq törədildiyi barədə xəbərlərin doğru olmadığı hamılıqla etiraf edilmişdir. Eyni zamanda, Fransa Milli Assambleyasının sədri Braun-Pivet ilə görüşdə bildirdim ki, artıq Qarabağ bölgəsində erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası üçün onların nümayəndələri ilə üç görüş keçirilmişdir. Görüşdə bir dəfə də vurğuladım ki, Azərbaycan dövləti erməni sakinlərin hüquqlarını və təhlükəsizliyini ölkəmizin qanunvericiliyinə və beynəlxalq müqavilələrə müvafiq surətdə təmin edəcək.
Hörmətli həmkarlar!
Payız sessiyası ərəfəsində Milli Məclisdə iki dinləmə keçirilmişdir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkil etdiyi dinləmə “Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər” mövzusuna həsr edilmişdir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən keçirilən dinləmədə isə Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etdiyi Rəqabət Məcəlləsinin layihəsi müzakirə olunmuşdur.
Hörmətli həmkarlar!
Mənim məlumatım bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Bu səfərlərdə mənimlə birlikdə iştirak edən hörmətli həmkarlarımın hamısına öz minnətdarlığımı bildirirəm.

Paylaş:
Digər xəbərlər

Siyasət

29-09-2023, 12:49

Ombudsman Qarabağın erməni sakinlərinə MÜRACİƏT ETDİ

Siyasət

2-10-2023, 10:55

Deputat: Böyük Qayıdış Azərbaycanın qüdrətini, xalqımızın Vətəninə bağlılığını bir daha dünyaya nümayiş etdirir

Siyasət

29-09-2023, 22:12

Milli Məclisin sədri Sahibə Qafarova Parlament Spikerlərinin Avropa Konfransında çıxış edib

Cəmiyyət

30-09-2023, 21:38

Şəhid ailələri və digər həssas qrupların sosial müdafiəsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Cəmiyyət

2-10-2023, 12:15

Milli Məclisdə vəfat edən deputatların xatirəsi yad edilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
25-12-2025, 18:19
Bakıda avtobus qəzasında ölənlərin sayı artdı -
19-12-2025, 11:09
Novxanıda restoranda baş verən yanğın söndürülüb -
14-12-2025, 13:03
Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat - Saxlanılanlar var
14-12-2025, 12:58
Qazaxda minik avtomobili yol nişanına çırpılıb, xəsarət alanlar var
12-12-2025, 10:51
Bakıda yol qəzası zamanı qaz borusu zədələnib, yanğın baş verib
23-10-2025, 13:56
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Son xəbərlər
  • Вчера, 13:33
    Xəstənin ölümündə təqsirləndirilən həkim barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb
  • Вчера, 13:30
    Türkiyə mediası Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsinə geniş yer ayırıb
  • Вчера, 10:56
    Qızılın qiyməti son həftədə ən yüksək səviyyəyə çatıb
  • Вчера, 10:54
    Dabaq və blutanq xəstəlikləri ilə əlaqədar bəzi ərazilərdən malların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib
  • Вчера, 10:51
    İrandakı aksiyalarda ölənlərin sayı artır
  • 5-01-2026, 14:30
    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir
  • 5-01-2026, 12:32
    Masallıda quldurluq edən şəxs saxlanılıb
  • 5-01-2026, 12:30
    Psixoloq: Yeniyetməlik dövründə uşaqların şəxsiyyət kimi təsdiq olunması çox vacibdir
  • 5-01-2026, 12:27
    İki il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub - BİRGƏ MƏLUMAT
  • 4-01-2026, 16:33
    Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI
  • 4-01-2026, 16:30
    Azərbaycanlı həkimin bir ildə 17 elmi-tədqiqat işi çap olunub
  • 4-01-2026, 12:25
    Peşə kursunda görmə məhdudiyyəti olanlara rəqəmsal bacarıqlar öyrədilir
  • 4-01-2026, 12:23
    Ölkə ərazisində hava şəraiti yağmursuz keçir, külək müşahidə olunur – FAKTİKİ HAVA
  • 3-01-2026, 20:34
    ADY Baş Prokurorluğa müraciət edib
  • 3-01-2026, 19:01
    Tramp: Venesuelanı kimin idarə edəcəyi ilə bağlı qərar üzərində işləyirik
  • 3-01-2026, 18:58
    Gəncədə evlərdə başlayan yanğın söndürülüb
  • 3-01-2026, 18:56
    Bakıda və Abşeron yarımadasında 0 dərəcə şaxta qeydə alınıb-FAKTİKİ HAVA
  • 3-01-2026, 18:53
    İtkin düşən 3 nəfər tapılıb
  • 3-01-2026, 18:51
    Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb
  • 2-01-2026, 11:38
    Sürücülərin diqqətinə! - Yağışlı hava ilə əlaqədar sürət tablolarında dəyişiklik olunub
  • 2-01-2026, 11:36
    Faktiki hava: Azərbaycanın əksər bölgələrində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur
  • 2-01-2026, 11:33
    AQTA: Boyat yeməklər insan orqanizmində fəsadlar yarada bilər
  • 2-01-2026, 11:30
    Prezident İlham Əliyev isveçrəli həmkarına başsağlığı verib
  • 1-01-2026, 11:29
    TƏBİB-in nəzdindəki tibb müəssisəsində ilin ilk körpəsi Şamaxıda doğulub
  • 1-01-2026, 11:27
    Bakıda Yeni il münasibətilə bayram atəşfəşanlığı
  • 31-12-2025, 17:22
    Azərbaycan Ordusunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edilib
  • 31-12-2025, 17:20
    Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 31-12-2025, 17:18
    ADPU-nun media yayımı istiqamətində yüksək inkişaf dinamikası qeydə alınıb
  • 31-12-2025, 17:14
    Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub
  • 31-12-2025, 11:37
    DİN bayram günlərində təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış edib
  • 31-12-2025, 10:17
    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
  • 30-12-2025, 13:01
    İşçi hüquqlarının gücləndirilməsi üçün Əmək Məcəlləsinə yeni anlayışlar əlavə olunur
  • 30-12-2025, 12:59
    Sumqayıtda avtomobil qaçıran saxlanılıb
  • 30-12-2025, 12:57
    Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti azaldılır
  • 30-12-2025, 12:55
    Ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi yardım ödənilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə