Bakı, 29 mart.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 28-də ümumi çəkisi 21,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Elə həmin günü polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 alışdırıcı, 8 tüfəng və 100 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən əməliyyat və profilaktik tədbirlər davam etdirilir.