• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Nurlu ömür, zəngin elmi irs, unudulmaz şəxsiyyət – akademik Zərifə Əliyeva

Cəmiyyət

15-04-2026, 12:05

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Nurlu ömür, zəngin elmi irs, unudulmaz şəxsiyyət – akademik Zərifə Əliyeva
15.04.2026.
Nurlu ömür, zəngin elmi irs, unudulmaz şəxsiyyət – akademik Zərifə Əliyeva
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür
Bakı, 15 aprel.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva gözlərə nur bəxş etməsi, Azərbaycan oftalmologiya elmini ölkənin hüdudlarından kənarda tanıtması və ictimai xadim kimi fəaliyyəti ilə şərəfli bir ömür yaşayıb. Aprelin 15-i Zərifə xanımın xatirə günüdür.

Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva mənalı ömür yaşayıb. Atası - görkəmli ictimai xadim və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, dostu, mənəvi dayağı, arxası idi. İllər sonra Ulu Öndər onun məzarı önündə deyəcəkdi: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.

Zərifə xanım Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və ömrünü oftalmologiyaya həsr edib.

1940-1950-ci illərdə Azərbaycanda traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, xəstəliyin səmərəli müalicə metodlarını işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçı elmi axtarışlarının ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, məsləhətlər verir, mühazirələr oxuyurdu. O, traxomanın müalicəsində mövcud üsullarla yanaşı, həmin dövrün güclü antibiotiklərindən olan sintomitsindən istifadə ilə yeni müalicə üsulu təklif edir. 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Onun təklif etdiyi müalicə metodu respublikada geniş tətbiq olunur və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynayır.

Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutub. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Görkəmli alimin respublikanın iri sənaye müəssisələrində apardığı genişmiqyaslı elmi-tədqiqat işləri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk alim qadın idi.

Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Gözyaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Gözyaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.

Müasirlərinin dediyi kimi, Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibət də xüsusi idi. O, uşaqları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi. Hərdən analar uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlar ki, bununla hamını heyrətə gətirirlər. Zərifə xanım məhz belə analardan idi.

Zərifə xanımın bütün ömrü ətrafa nur yayırdı: bir ana kimi övladlarına göstərdiyi qayğı, ömür-gün yoldaşı kimi Ulu Öndərə arxa-dayaq olması, bir Azərbaycan xanımı kimi xalqına etdiyi xidmət işıqlı arzulardan qaynaqlanırdı. Zərifə xanımın şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

28-04-2025, 13:36

MEK akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilən sərgi hazırlayıb

Cəmiyyət

28-04-2025, 13:01

Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəmiyyət

15-04-2024, 11:43

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

Siyasət

8-11-2025, 15:14

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Siyasət

10-05-2024, 10:30

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:29
    Azərbaycan nefti 102 dollara satılır
  • Сегодня, 16:27
    Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb
  • Сегодня, 16:25
    Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib
  • Сегодня, 16:22
    COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub
  • Сегодня, 16:20
    Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir
  • Сегодня, 16:18
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
  • Вчера, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • Вчера, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Вчера, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • Вчера, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • Вчера, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə