• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür

Cəmiyyət

30-04-2026, 12:22

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür
30.04.2026.
Bakı, 30 aprel.

Görünməyən cəbhələrin səssiz qəhrəmanları var – onların adı çox zaman çəkilmir, lakin gördükləri işlərlə tarix yazılır. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri (XTQ) üçün sədaqət sadəcə söz deyil, həyatın mənasıdır. “Mənim sədaqətim, mənim şərəfimdir” devizi onların hər addımında yaşayır.

Aprelin 30-u ölkəmizin müdafiə qüvvələri sırasında özünəməxsus yeri olan XTQ-nin yaradılması günüdür.
1999-cu ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri yaradılıb. XTQ-nin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. Ümummilli Lider Heydər Əliyev tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun həmin bölmələri Türkiyə Silahlı Qüvvələri və onun XTQ-si ilə sıx əməkdaşlıqla formalaşdırılıb.

Bu yola yalnız seçilmişlər addım ata bilir

Xüsusi təyinatlı olmaq hər kəsin taleyinə yazılan bir qismət deyil. Bu sıraya hər addım atan deyil, yalnız sınanıb möhkəmlənənlər daxil olurlar. Hər kəs bu zirvəyə qalxa bilməz, bu, yalnız iradəsi ilə seçilənlərin yoludur.

XTQ-nin üzvü olmaq üçün ağır təlimlər, hərbi imtahanlar, iradə nümayişi vacib şərtlərdəndir. Həmin qüvvələrin üzvlərinə əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir.

Tarixi Zəfərin anonsunu verdilər

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev XTQ-yə yüksək diqqət yetirir. Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə Amerika Birləşmiş Ştatları, Türkiyə və Pakistanda keçirilən yarışlarda fərqləniblər.

Müxtəlif hərbi əməliyyatları uğurla tamamlamış XTQ-nin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşlərində peşəkarlığı ilə sanki dörd il sonra əldə ediləcək tarixi Zəfərin anonsunu veriblər. Vətən müharibəsində isə Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazan XTQ mənsubları ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının keçirilməsində həlledici rol oynayıblar. Peşəkarlıqla bərabər, burada fədakarlıq, ölümün üzərinə şığıma həlledici amillərdəndir. XTQ mənsubları döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə dövlətimizin başçısının müvafiq sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı”, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq görülüblər, eləcə də müxtəlif orden və medallarla təltif olunublar.

Azərbaycan XTQ-si dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silah, döyüş vasitələri və texnikaya malikdir. Müharibədənsonrakı dövrdə də ordu quruculuğu prosesi yeni reallığa uyğun formalaşdırılmaqda davam edir. İkinci Qarabağ müharibəsində özlərini ən yaxşı cəhətdən göstərən XTQ təkmilləşdirilir, xüsusi təyinatlı yeni qüvvələr yaradılır.
Olmayan yerdə yol açdılar

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev XTQ-nin yaradılmasının 23-cü ildönümü münasibətilə 2022-ci il aprelin 30-da Müdafiə Nazirliyinin XTQ-sinin “N” saylı hərbi hissəsində olarkən deyib: “Bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər. Digər hərbi birləşmələr ilə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların rolunu mən xüsusilə vurğulamaq istəyirəm. Uğurlu əməliyyatlardan sonra yolumuz Şuşaya açıldı. Yolumuz deyəndə, o yol yox idi. Uğurlu Hadrut əməliyyatından sonra, - hansı ki, Ermənistanda fərarilərin sayını kəskin artırmışdır, - onlar inanmırdılar ki, biz o istiqamətdə gedəcəyik. Onlar bizi başqa yerlərdən gözləyirdilər. Amma bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə. Dərələrdən, meşələrdən, cığırlardan keçərək istiqamət Şuşaya idi. Mən müharibə zamanı demişdim, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Müharibənin ilk günündən son gününə qədər hədəfimiz Şuşanın, bizim Qarabağın tacı olan əziz şəhərimizin erməni tapdağından azad olunması idi və buna nail olduq, buna siz nail oldunuz, xüsusi təyinatlılar nail oldu. Neçə gün yorulmadan, əlində yüngül silahlarla o dərələrdən, meşələrdən keçərək Şuşaya yaxınlaşdı bizim igidlərimiz...”.

Sədaqət və gücün səssiz nümayişi

Ötən il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər.

XTQ-nin, o cümlədən müxtəlif qoşun növlərinin xüsusi təyinatlılarından ibarət parad heyətləri Azadlıq meydanında qürurla irəlilədilər. Hər addımda güc və iradə hiss olunurdu. Baxışlarında qətiyyət, duruşlarında şərəf var idi. O keçid yalnız bir yürüş deyildi, sədaqət və gücün səssiz, lakin unudulmaz nümayişi idi.

Xüsusi təyinatlı olmaq sadəcə peşə deyil, bu, həyat yoludur. Bu yolda addımlayan hər kəsi təbrik edir, uğurlar arzulayırıq. Əzminiz, cəsarətiniz və Vətənə bağlılığınız hər zaman qürur mənbəyidir. Qoy gücünüz, iradəniz və qətiyyətiniz daim sizə yol göstərsin!

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

30-04-2024, 16:26

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

Cəmiyyət

30-04-2025, 11:14

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür

Cəmiyyət

25-01-2025, 18:51

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə olublar

Cəmiyyət

12-12-2024, 14:51

Xankəndidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Cəmiyyət

17-09-2024, 22:56

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:29
    Azərbaycan nefti 102 dollara satılır
  • Сегодня, 16:27
    Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb
  • Сегодня, 16:25
    Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib
  • Сегодня, 16:22
    COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub
  • Сегодня, 16:20
    Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir
  • Сегодня, 16:18
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
  • Вчера, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • Вчера, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Вчера, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • Вчера, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • Вчера, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə