Bakı, 1 May.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Salyan regional bölməsinin müfəttişləri Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə aparılan reyd zamanı 77 XB 918 dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobilə baxış keçiriblər.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı antisanitar şəraitdə polietilen kisələrdə saxlanılan 205 kiloqram sümüksüz at əti aşkarlanıb.
Araşdırma zamanı at ətinin Biləsuvar rayonunun Bəydili kənd sakini Məlik Sabir oğlu Əzizova məxsus olduğu müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, at əti saxlanca verilib.
Araşdırmalar davam etdirilir.