• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan Xalq Cümhuriyyəti şərəfimiz və qürur mənbəyimizdir

Cəmiyyət

28-05-2026, 09:46

Bakı, 28 May.

28 May - Müstəqillik Günü xalqımızın tarixində ən şərəfli və qürurverici günlərdən biridir. 108 il bundan əvvəl Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini qəbul edib Azərbaycanın müstəqilliyini elan etməklə xalqımız qarşısında tarixi bir missiyanı yerinə yetirdi. İstiqlal Bəyannaməsi ilə Azərbaycan xalqı bir əsrdən çox davam edən imperiya əsarətinə son qoyaraq, ilk dəfə müstəqil və demokratik respublika qurmaq əzmini dünyaya bəyan etdi. Bu mənada İstiqlal Bəyannaməsi təkcə bir siyasi akt deyil, həm də tariximizdə milli özünüdərk və azadlıq mübarizəsinin zirvəsi oldu. Eyni zamanda, Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyini elan etməklə Azərbaycan xalqının fiziki olaraq məhv edilməsinin qarşısını aldı və onun yaşamasını təmin etdi. XIX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibinə xanlıqlar şəklində hissə-hissə, parça-parça daxil edilən Azərbaycanı süqut edən imperiyanın qalıqları altından vahid bir tam halında çıxarmaq da Cümhuriyyət liderlərinin böyük uğuru idi.

Bu fikirləri müsahibəsində Milli Məclisin deputatı tarix elmləri doktoru Vasif Qafarov deyib. O bildirib ki, Cümhuriyyətin yaradılması yalnız siyasi müstəqillik deyil, həm də milli kimliyin, dilin, mədəniyyətin və dövlətçilik ənənələrinin bərpası demək idi: “Ölkədə parlamentli respublika modelinin tətbiqi və bütün vətəndaşlara bərabər hüquqların verilməsi Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi oldu. Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı, ölkənin sərhədlərini müəyyənləşdirdi, Azərbaycan hökumətini, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət aparatını və ilk parlamentini formalaşdırdı, qısa müddətdə Milli Ordu yaratdı, ölkənin ərazi bütövlüyünü və milli təhlükəsizliyini təmin etməyə çalışdı. Həmçinin dövlət atributlarını yaratdı, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirdi, Azərbaycan dilini dövlət dili elan etdi, ölkədə maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirdi, təhsili milliləşdirdi, Azərbaycanın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetini təsis etdi və bütün bu tədbirlərlə müstəqil Azərbaycan dövlətinin əsaslarının formalaşdırdı və Azərbaycan xalqının sonrakı inkişaf yolunu müəyyən etdi. Müstəqil yaşamaq uğrunda böyük qurbanlar vermiş Azərbaycan xalqı 1918-1920-ci illərdə özünü müstəqil yaşamağa qadir və buna layiq bir xalq kimi dünyaya nümayiş etdirdi. Olduqca mürəkkəb beynəlxalq və regional vəziyyətdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü tarixi vəzifəni şərəflə yerinə yetirdi, Azərbaycanı beynəlxalq hüququn subyektinə çevirdi”.

“Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq müstəqilliyi 1920-ci ilin aprelində bolşevik təcavüzünün qurbanı olsa da, Azərbaycanı işğal edən Sovet Rusiyası müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu faktını silib ata bilmədi və bu əsas üzərində sovet quruluşunda formal da olsa Azərbaycanın müstəqilliyini təsbit və qəbul etməli oldu. Bu fakt bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. 1991-ci ildə SSRİ-nin süqutu ilə Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini və milli dövlətçiliyini bərpa etdi. Bu mənada Cümhuriyyət bizim şərəfimiz və qürur mənbəyimizdir. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun həyata keçirə bilmədiyi planlarını 1993-cü ildən bəri Ulu Öndər Heydər Əliyev və XXI əsrdə onun layiqli davamçısı Prezident İlham Əliyev həyata keçirdi. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş bugünkü qüdrətli Azərbaycanla Prezident İlham Əliyev Cümhuriyyət xadimlərinin də arzularını gerçəkləşdirdi. İnanırıq ki, bugünkü Azərbaycanı görmək arzusunda olan Cümhuriyyət xadimlərinin də ruhları indi şaddır”, - deyə Vasif Qafarov fikrini yekunlaşdırıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

28-05-2025, 11:29

28 May - tarixin yaddaşında müstəqillik və milli iradə günü

Siyasət

28-05-2024, 08:36

Azərbaycan Xalq Cümhuriyyəti – 106 il: Dövlət müstəqilliyi ən böyük dəyərimiz və sərvətimizdir

Cəmiyyət

28-05-2024, 23:05

GDU-da Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib

Siyasət

28-05-2026, 09:27

Müsəlman Şərqinin ilk respublikasından qüdrətli Azərbaycana

Cəmiyyət

27-05-2024, 13:23

Xalq Cümhuriyyətinin yaranması Azərbaycanın dövlətçilik tarixinin qürurverici səhifəsidir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:29
    Azərbaycan nefti 102 dollara satılır
  • Сегодня, 16:27
    Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb
  • Сегодня, 16:25
    Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib
  • Сегодня, 16:22
    COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub
  • Сегодня, 16:20
    Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir
  • Сегодня, 16:18
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
  • Вчера, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • Вчера, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Вчера, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • Вчера, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • Вчера, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə