• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qubada “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi təşkil olunub

Cəmiyyət

5-06-2026, 11:36

Bakı, 5 iyun.

Ədliyyə Nazirliyi və Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi, “Ədliyyə Könüllüləri” İctimai Birliyinin təşəbbüsü ilə Quba şəhərində ilk dəfə “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi keçirilib.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyət prinsipləri, çoxtərəfli əməkdaşlıq mexanizmləri və qərarqəbuletmə proseslərinin gənclər arasında təşviqini hədəfləyən düşərgə Türk dünyasının müxtəlif regionlarını təmsil edən gəncləri vahid platformada bir araya gətirib. Layihənin əsas məqsədi iştirakçıların diplomatiya, beynəlxalq münasibətlər, liderlik, ictimai çıxış, qərarvermə və dövlət idarəçiliyi sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda, türk dövlətləri arasında əməkdaşlığın gələcək perspektivləri ilə bağlı praktiki təcrübə qazanmalarının təmin edilməsi olub.

Düşərgənin açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, ədliyyə nazirinin müşaviri Tağı Eynullayev, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova və TDT-nin Katibliyinin Layihələr üzrə direktoru Murodjon Mustofoev çıxış edərək, layihənin Türk dünyası gənclərinin inteqrasiyası, ortaq dəyərlərin təşviqi və gələcək liderlərin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar.

Düşərgə çərçivəsində iştirakçılar TDT-nin strukturunu və fəaliyyət mexanizmlərini əks etdirən genişmiqyaslı simulyasiya prosesində iştirak ediblər. Simulyasiya zamanı iştirakçılar Baş nazirlər, nazirlik və komitə rəhbərləri, vətəndaş cəmiyyəti institutları və media nümayəndələri qismində çıxış edərək, çoxtərəfli diplomatik müzakirələr aparıb, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq təşəbbüsləri hazırlayıblar.

Proqram müddətində “Türk dünyasında gənclərin rolu: İnnovasiya, liderlik və ortaq hüquq sisteminin yaradılmasının perspektivləri”, “Türk dövlətləri arasında əməkdaşlıq və müasir idarəçilik”, “Beynəlxalq danışıqlar və qərarvermə prosesi” və digər aktual mövzular üzrə panel müzakirələri, təlimlər və ekspert görüşləri təşkil olunub. Memorandumların hazırlanması zamanı iştirakçılara müxtəlif dövlət qurumlarının nümayəndələri və müstəqil ekspertlər tərəfindən dəstək göstərilib.

İştirakçılar Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Tural Gəncəliyev, eləcə də digər dövlət və ictimai sektor nümayəndələri ilə görüşərək, türk dövlətləri arasında siyasi, hüquqi, iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Düşərgənin yekununda iştirakçılar tərəfindən türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ortaq memorandum hazırlanaraq qəbul edilib. Memorandumda gənclər siyasəti, təhsil, hüquq, rəqəmsal transformasiya, mədəniyyət, media, vətəndaş cəmiyyəti və digər istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsinə dair təkliflər öz əksini tapıb.

Layihə yalnız simulyasiya fəaliyyəti ilə məhdudlaşmayaraq iştirakçılar arasında mədəni inteqrasiyanın gücləndirilməsinə də xidmət edib. Düşərgə çərçivəsində türk dövlətlərinin milli-mədəni irsini əks etdirən sərgi, konsert proqramları, idman fəaliyyətləri, komanda quruculuğu tədbirləri və mədəni mübadilə proqramları təşkil olunub.

Bağlanış mərasimində layihə müddətində əldə olunan nəticələr qiymətləndirilib, iştirakçıların hazırladıqları təşəbbüslər təqdim olunub və düşərgənin gələcək inkişaf perspektivləri müzakirə olunub. Çıxış edən rəsmilər layihənin Türk dünyası gənclərinin əməkdaşlığı, liderlik potensialının inkişafı və çoxtərəfli dialoq mədəniyyətinin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Mərasimin sonunda iştirakçılar sertifikatlarla təltif olunub, eyni zamanda, müxtəlif nominasiyalar üzrə fərqlənən komandalar və iştirakçılar mükafatlandırılıblar.

“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsi türk dövlətlərinin gəncləri arasında əməkdaşlığın inkişafına, ortaq dəyərlərin təşviqinə və gələcək liderlərin hazırlanmasına xidmət edən mühüm platforma kimi yadda qalıb. Layihə çərçivəsində əldə olunan nəticələrin gələcəkdə Türk dünyası gənclərinin daha geniş beynəlxalq əməkdaşlıq təşəbbüslərində iştirakına və TDT-nin məqsəd və prinsiplərinin gənclər arasında daha geniş təşviqinə töhfə verəcəyi gözlənilir.

Paylaş:
Digər xəbərlər

Siyasət

6-06-2024, 12:13

Ədliyyə naziri Türk Ədliyyə Təlim Şəbəkəsinə daxil olan ölkələrin nümayəndə heyəti ilə görüşüb

Siyasət

16-05-2026, 11:13

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumu keçirilir

Cəmiyyət

16-04-2024, 10:06

Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdi – FOTO

Siyasət

4-10-2024, 08:58

Ankarada TDT-nin yaradılması haqqında Naxçıvan Sazişinin 15 illiyi münasibəti ilə təntənəli tədbir keçirilib

Siyasət

25-04-2024, 16:32

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:25
    Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib
  • Сегодня, 16:22
    COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub
  • Сегодня, 16:20
    Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir
  • Сегодня, 16:18
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
  • Вчера, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • Вчера, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Вчера, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • Вчера, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • Вчера, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 9-11-2026, 16:35
    Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
  • 8-11-2026, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə