Bakı, 10 iyun.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunun Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.