• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur

Cəmiyyət

13-06-2026, 13:33

Bakı, 13 iyun.

İyunun 13-də Bakı şəhəri 6 nömrəli məktəb-liseydə “Son zəng” tədbiri keçirilib.

Tədbirdə çıxış edən məktəb-liseyin direktoru Gülşən Orucova bildirib ki, bu il təhsil ocağını 144 məzun bitirir. Onun sözlərinə görə, XI sinif buraxılış imtahanlarında 52 məzun 220 baldan yuxarı nəticə göstərib, 17 şagird fərqlənmə attestatına namizəddir. Məktəbin qızıl medal namizədi isə 11 “B” sinif şagirdi Zəhra Bağırovadır.

Direktor qeyd edib ki, məzunların təxminən 70 faizi xarici universitetlərdən qəbul alıb: “Buraxılış imtahanlarında yüksək nəticələr göstərən şagirdlər həm müəllimlərin, həm də valideynlərin qürur mənbəyinə çevriliblər. Bu il məzunlardan biri 297 bal toplayıb, 52 nəfər isə 220 baldan yuxarı nəticə göstərib”.

Gülşən Orucova vurğulayıb ki, məktəbin şagirdləri cari tədris ilində də mühüm nailiyyətlər əldə ediblər. Belə ki, “Sabahın alimləri” müsabiqəsində dörd layihə ilə təmsil olunan məktəbin qızıl medal qazanan layihəsi ABŞ-də keçirilən beynəlxalq yarışda bürünc mükafata layiq görülüb. Bundan əlavə, şagirdlər fənn olimpiadalarında, idman yarışlarında, mədəniyyət və incəsənət sahələrində də uğurlu nəticələr əldə ediblər.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov 144 məzunun məktəbi bitirməsinin rəmzi məna daşıdığını qeyd edib. O bildirib ki, gənclər Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq, ölkənin uğurlarına öz töhfələrini verəcəklər.

Nazir müavini vurğulayıb ki, məktəbin məzunları hər il yüksək göstəricilərlə ali təhsil müəssisələrinə qəbul olunur, onların əhəmiyyətli hissəsi isə xaricdə təhsil almaq imkanı qazanır. Firudin Qurbanov bildirib ki, 6 nömrəli məktəb-lisey zəngin ənənələrə malik təhsil müəssisəsidir və bu ənənələrin qorunub saxlanılması gələcək nəsillərin üzərinə düşən mühüm vəzifələrdəndir.

Tədbir məzunların təqdim etdiyi musiqi nömrələri və rəqs kompozisiyaları ilə davam edib. Sonda ənənəvi “Son zəng” çalınıb və məzunlar həyatlarının yeni mərhələsinə yola salınıblar.

Qeyd edək ki, bu il respublika üzrə ümumilikdə 116 min 550 nəfər XI sinfi başa vuraraq məzun adını qazanır. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri isə oğlandır. Eyni zamanda, 131 min 407 şagird birinci sinfi uğurla başa vuraraq ibtidai təhsil pilləsini tamamlayır.

2025–2026-cı tədris ilində ölkənin 4 min 194 ümumtəhsil məktəbində 1 milyon 678 min 621 şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 132 min 178 müəllim məşğul olub.

Paytaxt məktəblərində bu il 41 min 941 şagird birinci sinfi, 50 min 219 nəfər IX sinfi, 37 min 222 nəfər isə XI sinfi bitirir.

Böyük Qayıdış Proqramı çərçivəsində bərpa və yenidənqurma işləri aparılan 25 ümumi təhsil müəssisəsinin 11-ində uzun illərdən sonra ilk dəfə olaraq “Son zəng” sədaları səslənib. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəblərdə bu il 171 məzun təhsilini başa vurur.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

24-08-2024, 18:22

Qaxda bir sinfin bütün məzunları tələbə adını qazanıb

Cəmiyyət

2-12-2025, 12:08

Milli komanda beynəlxalq elm yarışında 4 gümüş və 2 bürünc medal qazanıb

Cəmiyyət

10-07-2024, 16:43

Bakı Ali Neft Məktəbində “Məzun günü”

Cəmiyyət

14-06-2025, 11:59

Azərbaycan məktəblərində “Son zəng” tədbirləri keçirilir YENİLƏNİB

Cəmiyyət

10-08-2024, 10:43

Ötən tədris ilində Bakı Avropa Liseyini 94 məzun bitirib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • Вчера, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Вчера, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • Вчера, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • Вчера, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 9-11-2026, 16:35
    Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
  • 8-11-2026, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
  • 8-11-2026, 17:45
    Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
  • 8-11-2026, 15:23
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
  • 8-11-2026, 15:21
    Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • 8-11-2026, 15:16
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə