Bakı, 17 iyun.
Bir sıra ixtisaslar üzrə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra rezidentura keçmədən, Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisas artırmaqla həkimlərimizi regionlara göndərə biləcəyik.
Bu sözləri parlamentin Səhiyyə komitəsinin iyunun 17-də keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
O qeyd edib ki, regionlarda bu həkimlərin daha uzunmüddətli, hətta 65 yaşdan sonra da qalıb fəaliyyət göstərilməsinə icazə veriləcək. “Sözügedən istiqamətdə də ciddi işlər aparılır. Biz Səhiyyə Nazirliyi, TƏBİB və bu mütəxəssisləri hazırlayan təhsil müəssisələri ilə daimi təmasdayıq. Onu da vurğulayım ki, ölkəmizdə kifayət qədər həkim kadrları hazırlanır və vəziyyət optimaldır”.