Bakı, 9 iyul.
2026/2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının keçiriləcəyi tarixlər açıqlanıb.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, namizədlər iyulun 10-da gün ərzində şəxsi kabinetlərinə daxil olaraq imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumat əldə edə biləcəklər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları iyulun 14-dən 18-dək ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.