Bakı, 10 iyul.
İyulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.