• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Aqil Camal: Bu gün media rəqəmsal transformasiya və süni intellektin yaratdığı yeni çağırışlar fonunda inkişaf edir

Cəmiyyət

Сегодня, 09:20

Bakı, 22 İyul.

Azərbaycan milli mətbuatı 151 illik inkişaf yolu keçərək cəmiyyətin maariflənməsində, milli kimliyin formalaşmasında, dövlətçilik ideyalarının təşəkkülündə və milli maraqların müdafiəsində mühüm rol oynayıb. Bu gün isə media rəqəmsal transformasiya və süni intellektin yaratdığı yeni çağırışlar fonunda öz inkişafını davam etdirir.

Bu fikirləri Milli Mətbuat Günü münasibətilə açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal söyləyib.

O bildirib ki, Şərqdə bir sıra ilklərə imza atan Azərbaycan xalqı milli mətbuat tarixinin əlamətdar günlərini hər zaman qürur hissi ilə qeyd edir: “Ötən il milli mətbuatımızın 150 illiyi ölkədə geniş şəkildə qeyd olundu. Bu il isə milli mətbuatımızın yaranmasının 151-ci ildönümü ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Azərbaycan milli mətbuatı bu 151 ildə bütövlükdə dünya mediasının inkişaf dinamikasına uyğun olaraq inkişaf edib”.

A.Camal xatırladıb ki, 151 il əvvəl “Əkinçi” qəzetinin əsası qoyularkən Azərbaycan çar Rusiyasının müstəmləkəsi idi. Buna baxmayaraq, Həsən bəy Zərdabinin rəhbərliyi ilə maarifçi ziyalılar tərəfindən müasir Azərbaycan mətbuatının əsası qoyuldu. “Əkinçi”nin fəaliyyəti uzun çəkməsə də, o, sonrakı dövrlər üçün bir məşələ çevrildi. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində fəaliyyət göstərən milli mətbuat orqanları da “Əkinçi”nin maarifçilik yolunu davam etdirdilər. Milli mətbuatımız Azərbaycan xalqının milli şüurunun, milli kimliyinin və milli mənlik düşüncəsinin formalaşmasında mühüm rol oynadı”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, müasir dövrdə Azərbaycan mediası anlayışı təkcə qəzet və jurnalları deyil, televiziya, radio, xəbər saytları, onlayn media və sosial şəbəkə platformalarını da əhatə edir. İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda Azərbaycan mediası da yeni texnoloji imkanlardan istifadə etməyə çalışır. Hər yeni texnoloji yenilik və tətbiqin mediaya inteqrasiyası istiqamətində geridə qalmamaq üçün səylər göstərilir.

Aqil Camal hesab edir ki, rəqəmsal alətlər və süni intellekt artıq medianın gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməkdədir.

“Bu texnologiyalar operativliyin artırılmasına və daha keyfiyyətli vizual məhsulların hazırlanmasına imkan yaradır. Bununla yanaşı, yaradıcı jurnalistika baxımından müəyyən risklər də mövcuddur. Fərdi araşdırmaların aparılması, jurnalistin öz yazı üslubunun formalaşdırılması və publisist kimi yetişməsi baxımından süni intellektin həddindən artıq istifadəsi müəyyən çətinliklər yarada bilər”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, hazırda media qurumları operativliyi təmin etmək üçün daha çox və daha sürətli məhsul istehsal etməyə çalışırlar ki, bu da bəzən hazır mətnlərdən və süni intellekt vasitələrindən istifadənin artmasına səbəb olur: “Ənənəvi jurnalistikada müəllifin yazı üslubu onu digərlərindən fərqləndirirdi. Qarşıdakı dövrdə isə imzasız materialların hansı jurnalist tərəfindən hazırlandığını müəyyən etmək daha çətin olacaq. Fərdi dəst-xəttin itməsi təhlükəsi mövcuddur. Bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada müzakirə olunur. Burada əsas məsələ jurnalistlərin yaradıcılıq imkanlarının qorunması ilə texnologiyaların üstünlüklərindən səmərəli istifadənin balanslaşdırılmasıdır”.

O, sosial şəbəkələrin media ilə eyniləşdirilməsinin də ciddi problemlər yaratdığını qeyd edib. “Bu gün sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti müəyyən mənada xəbər istehsalçısı rolunda çıxış edir. Bir çox hallarda insanlar sosial şəbəkələrdə rastlaşdıqları etik normalara uyğun olmayan materialları Azərbaycan mediasının məhsulu hesab edirlər. Halbuki həmin materialların peşəkar media subyektləri ilə heç bir əlaqəsi olmur”, – deyə o vurğulayıb.

A.Camal bildirib ki, ölkədə fəaliyyət göstərən media subyektləri qanunvericiliyin tələblərini və peşə etikası prinsiplərini rəhbər tuturlar: “Media Reyestrindən keçmiş saytlar və digər media qurumları hansı prinsiplər əsasında fəaliyyət göstərməli olduqlarını yaxşı bilirlər. İnsanlar isə sosial şəbəkələrdə qarşılarına çıxan hər materialı media məhsulu kimi qəbul etdiklərinə görə yanlış təsəvvür formalaşır”.

Onun sözlərinə görə, Azərbaycan mediası, ümumilikdə, jurnalist etikası və əxlaq kodeksinə riayət etməklə fəaliyyət göstərir və milli maraqların qorunmasını prioritet hesab edir. Biz bunu torpaqlarımızın işğal altında olduğu dövrdə aparılan informasiya müharibəsində, 44 günlük Vətən müharibəsində və sonrakı mərhələlərdə də aydın şəkildə gördük. Azərbaycan mediası dövlət və milli maraqların müdafiəsində mühüm rol oynayıb.

Müsahibimiz gənclərin jurnalistika peşəsinə marağının da sevindirici olduğunu deyib.

“Rəqəmsal inkişaf və süni intellekt müasir dövrün əsas çağırışlarıdır və bu amillər gənclərin jurnalistikaya marağını artırır. Eyni zamanda, media resurslarının sayının çoxalması yeni iş imkanları yaradır. Bu gün media kollektivlərinin böyük əksəriyyətində gənclər çalışırlar”, – deyə o bildirib.

Vurğulayıb ki, müasir jurnalistin üzərinə düşən məsuliyyət əvvəlki dövrlərlə müqayisədə daha böyükdür. Bu gün jurnalistin fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır. O, dünya gündəmini, regional və qlobal prosesləri daim izləməli, ictimai-siyasi, iqtisadi və mədəni hadisələr barədə məlumatlı olmalıdır. Müasir jurnalist dünyanın nəbzi ilə ayaqlaşmağı bacarmalıdır.

Sonda Aqil Camal jurnalistikanın yalnız peşə deyil, həm də sevgi və həyat tərzi olduğunu vurğulayıb. “Jurnalistikaya sadəcə müəyyən müddət işləyib başqa sahəyə keçmək üçün gələn insanların bu peşədə uğur qazanması çətindir. Bu peşəni sevən, ondan həzz alan və onu həyatının bir hissəsinə çevirən insanlar jurnalistikada həmişə uğur qazanacaqlar”, – deyə o fikirlərini yekunlaşdırıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

22-07-2025, 20:47

Prezident: Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib

Cəmiyyət

22-07-2025, 13:46

Şahin Bayramov: Milli mətbuatımız həqiqətin, azad düşüncənin və ictimai şüurun formalaşmasının əsas daşıyıcılarından olub

Cəmiyyət

3-07-2025, 11:33

Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə mediatur təşkil olunub

Siyasət

22-07-2025, 20:51

Prezident: Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir

Cəmiyyət

25-10-2025, 19:18

Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlaqədar MEDİA və RİİB könüllüləri Zərdabda olub

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 09:22
    Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanır
  • Сегодня, 09:20
    Aqil Camal: Bu gün media rəqəmsal transformasiya və süni intellektin yaratdığı yeni çağırışlar fonunda inkişaf edir
  • Сегодня, 09:17
    Xəzər dənizində batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib
  • Сегодня, 09:14
    “Əkinçi”dən Şuşa Qlobal Media Forumunadək: Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu
  • Вчера, 14:40
    Ali Məhkəmə: İşçinin əmək təminatlarının tətbiqi işəgötürənin aktiv öhdəliyidir
  • Вчера, 14:37
    Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb
  • Вчера, 14:22
    Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib
  • Вчера, 11:24
    Azərbaycan nefti 93 dollara satılır
  • Вчера, 11:20
    Ötən üç ayda xarici kvalifikasiyaların tanınması üzrə 11 saxta diplom aşkarlanıb
  • Вчера, 11:18
    Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb
  • Вчера, 11:15
    Səyyar ASAN xidmət Xankəndidə
  • Вчера, 11:13
    Sabah respublika üzrə pensiyaların ödənişi tam yekunlaşdırılacaq
  • 20-07-2026, 20:03
    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib
  • 20-07-2026, 20:01
    XİN: Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub
  • 20-07-2026, 14:45
    Regionlarda investisiya fəallığının artırılması və KOB-ların dəstəklənməsi istiqamətində tədbirlər həyata keçiriləcək
  • 20-07-2026, 14:40
    Bu ilin II rübündə 282 nəfərin IELTS imtahanı xərcləri qarşılanıb
  • 20-07-2026, 14:37
    “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiqlənib
  • 20-07-2026, 13:35
    “Brent” markalı neftin qiyməti iyunun 11-dən bəri ilk dəfə 90 dolları ötüb
  • 20-07-2026, 13:32
    Azərbaycan məktəbliləri Beynəlxalq Kimya Olimpiadasında 3 medal qazanıblar
  • 20-07-2026, 13:30
    DİM magistratura üzrə qabiliyyət imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası təşkil edəcək
  • 20-07-2026, 13:28
    Qabiliyyət imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası iyulun 23-də fəaliyyət göstərəcək
  • 20-07-2026, 13:26
    Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır
  • 20-07-2026, 13:22
    Sosioloq: Məqsəd sosial şəbəkələrin tamamilə qadağan olunması deyil, onlardan təhlükəsiz istifadə mədəniyyətinin formalaşdırılmasıdır
  • 19-07-2026, 14:51
    BDU-nun professoru vəfat edib
  • 19-07-2026, 14:49
    Sabunçu rayonunda açıq ərazidə yanğın baş verib
  • 19-07-2026, 14:47
    “Azərsilah”ın poliqonlardan birində yanğın hadisəsi baş verib
  • 18-07-2026, 12:20
    Mühəndislik Universiteti magistratura səviyyəsində 8 ixtisaslaşma təklif edir
  • 18-07-2026, 12:18
    ANAMA-nın təsis edilməsinin 28-ci ildönümü tamam olur
  • 18-07-2026, 12:16
    Xırdalanda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub
  • 18-07-2026, 12:13
    Azərbaycan nefti 91 dollara satılır
  • 18-07-2026, 12:11
    “Təməl dalğıc kursu”nu başa vuranlara sertifikatlar təqdim olunub
  • 17-07-2026, 16:27
    Yay istilərində dərimizi və sağlamlığımızı necə qorumalıyıq?
  • 17-07-2026, 16:20
    Aviasiya bölmələrində təlim-məşq uçuşları keçirilib
  • 17-07-2026, 16:17
    Baş nazir: Əhalinin siyahıyaalınması prosesi ilk dəfə ölkənin bütün suveren ərazisini əhatə edəcək
  • 17-07-2026, 13:03
    Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu başlayıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə