Bakı, 3 avqust.
İyulun 15-dən 31-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 53 min 780 vətəndaş müraciəti daxil olub.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, daxil olan müraciətlərdən 9 447-si elektron qaydada, 2 360-ı yazılı formada, 34 min 923-ü Çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 7 050 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb.
Müraciətlər əsasən müəllimlərin işə qəbulu, peşə təhsili müəssisələrinə tələbə qəbulu, tələbələrin köçürülməsi prosesi, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat və digər məsələlərlə bağlı olub.