• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

Cəmiyyət

Сегодня, 11:08

Bakı, 5 sentyabr.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) 4 sentyabr 2026-cı il tarixində Ermənistan Respublikasında keçirilmiş mətbuat konfransında törətmiş olduqları cinayətlərə görə məhkum olunmuş erməniəsilli şəxslərin Azərbaycanda dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, onların üzərində işgəncə törədilməsi, xristian dini simvollarının məhv edilməsi, İncildən istifadəyə imkan verilməməsi və Quran oxumağa məcbur edilməsi barədə səsləndirilmiş iddiaları əsassız və qərəzli hesab edir və aparılan sülh danışıqlarının pozulmasına yönəlik bir cəhd kimi qiymətləndirir.

Heç bir etibarlı sübut təqdim edilmədən belə ağır ittihamların fakt kimi ictimaiyyətə təqdim olunması insan hüquqlarının müdafiəsi prinsipləri ilə bir araya sığmır. Xüsusilə ayrı-ayrı şəxslərlə bağlı məsələlərin dini mənsubiyyətlə əlaqələndirilməsi və xristian-müsəlman qarşıdurması müstəvisinə keçirilməsi cəhdləri yolverilməzdir.

Bu barədə ombudsmanı Səbinə Əliyeva Ermənistan hüquq müdafiəçisinin səsləndirdiyi iddialara cavab olaraq bildirib. Qeyd olunub ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dünyəvi dövlətdir. Ölkədə müxtəlif dini konfessiyalara mənsub şəxslərin hüquq və azadlıqlarının təmin olunmasına bərabər yanaşılır, onların dini etiqad azadlığına hörmət edilir.

Məhkəmə tərəfindən müəyyən edilmiş cinayət məsuliyyətini şəxslərin etnik mənsubiyyəti ilə əlaqələndirmək və həmin şəxslərin törətdikləri əməllərə görə qanuni əsaslarla çəkdikləri cəzanı “etnik və ya dini təqib” kimi təqdim etmək yolverilməzdir. Cinayət məsuliyyəti şəxsin hansı etnik mənsubiyyətə və ya dini etiqada malik olması ilə deyil, törədilmiş əməlin xarakteri, həmin əməl üzrə toplanmış sübutlar və məhkəmənin hüquqi qiymətləndirməsi ilə müəyyən olunur.

Ombudsmanın Milli Preventiv Qrupunun müxtəlif vaxtlarda həyata keçirdiyi monitorinq və başçəkmələr zamanı Azərbaycan ərazisində saxlanılan erməniəsilli şəxslərlə konfidensial görüşlər keçirilmiş, tibbi və psixoloji vəziyyətləri qiymətləndirilmiş, beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqları onlara öz ana dillərində izah edilmişdir. Həyata keçirilmiş monitorinqlər zamanı həmin şəxslərin hüquq və azadlıqlarının beynəxalq standartlara uyğun səviyyədə, ayrı-seçkiliyə yol verilmədən təmin edildiyi, tibbi yardım və digər zəruri xidmətlərə çıxışlarının olduğu müəyyən edilmişdir.

Bu baxımdan, Ombudsman insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti siyasi məqsədlərə xidmət edən bəyanatlardan və qarşıdurma ritorikasından fərqləndirməyin zəruriliyini xüsusi vurğulayır. Yoxlanılmış faktlara əsaslanmadan “işgəncə”, “dini təqib” və dini mənsubiyyətə görə ayrı-seçkilik kimi ağır ittihamların irəli sürülməsi ictimai rəyi yanıltmağa, sülh danışıqlarını pozmağa və dini zəmində qarşıdurma yaratmağa xidmət edir.

Bu cür məsuliyyətsiz yanaşmalar Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi fonunda xüsusilə narahatedicidir. Davamlı sülh yalnız siyasi və hüquqi razılaşmalarla deyil, eyni zamanda cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsi, dözümsüzlük və nifrət ritorikasından çəkinilməsi ilə mümkündür. Təsdiqlənməmiş məlumatların dini zəmində təqdim edilməsi cəmiyyətlər arasında etimadsızlığı dərinləşdirir və sülh və barışıq üçün zəruri olan mühitə zərər vurur.

İnsan hüquqlarının müdafiəsi siyasi məqsədlər naminə faktların təhrif edilməsini və dini mənsubiyyət üzərindən düşmən obrazının yaradılmasını qəbul etmir. Bu sahədə fəaliyyət göstərən şəxslər öz açıqlamalarında məsuliyyətli olmalı, obyektiv və yoxlanılmış faktlara əsaslanmalı, sülhə və qarşılıqlı etimada xələl gətirə biləcək ritorikadan çəkinməlidirlər.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

28-02-2024, 19:32

Beynəlxalq konfransda ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verilib

Siyasət

2-10-2024, 15:36

İcma: ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq

Siyasət

30-11-2023, 12:12

Ombudsman: Azərbaycan ikili standartlardan ən çox əziyyət çəkən ölkələrdən biridir

Cəmiyyət

29-12-2024, 15:34

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanuna dəyişiklik edilir

Siyasət

28-06-2025, 21:51

Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 11:08
    Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
  • Сегодня, 11:06
    DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
  • Сегодня, 11:00
    Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək
  • Сегодня, 10:57
    Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub
  • Вчера, 14:39
    Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • Вчера, 14:34
    Təqsirləndirilən daha 2 şəxs ölkəmizə ekstradisiya edilib
  • Вчера, 14:32
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
  • Вчера, 14:28
    Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib
  • Вчера, 14:24
    Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib
  • 3-09-2026, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • 3-09-2026, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • 3-09-2026, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • 2-09-2026, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • 2-09-2026, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • 2-09-2026, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • 2-09-2026, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • 2-09-2026, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • 2-09-2026, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • 2-09-2026, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • 2-09-2026, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • 2-09-2026, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə