Bakı, 1 sentyabr.
Balakən Gömrük İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən kompleks gömrük nəzarəti tədbirləri nəticəsində gömrük nəzarətinə bəyan edilməyən mallar aşkar olunub.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda Gürcüstandan ölkəmizə gələn, qarışıq yüklər daşıyan iki yük nəqliyyat vasitəsində yoxlama aparılıb.
Yoxlama nəticəsində nəqliyyat vasitələrindən, ümumilikdə 232 min 185 manat dəyərində gömrük nəzarətinə bəyan edilməyən və düzgün bəyan olunmayan linzalar, məişət avadanlıqları, tibbi və kosmetik vasitələr aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.