• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Səhər danışarıq...” – şəhid Hacıəli Qasımovun yarımçıq qalan son sözü

Cəmiyyət

21-09-2026, 10:41

Bakı, 21 sentyabr.

Bir vaxtlar Tovuz rayonunun Qaraxanlı kəndindən iki əkiz qardaş eyni yola çıxmışdı. Hərbi forma geyindilər, eyni səngərdə dayandılar, eyni güllə səsini eşitdilər. Sonra biri evə qayıtdı... Digəri isə doğma kəndinə şəhid kimi döndü.

“Mən qazi kimi qayıtdım, o isə şəhid kimi...”.

Bunu antiterror əməliyyatında şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Hacıəli Qasımovun qardaşı Hüseynəli Qasımov söhbətində deyib.

Onun bu cümləsi bir qardaşın itkisini deyil, iki yerə bölünmüş bir ömrü danışır. Çünki Hacıəli onun üçün yalnız əkiz qardaş deyildi. Uşaqlığının, məktəb illərinin, hərbi xidmətinin və 40 günlük müharibə yolunun ayrılmaz parçası idi.

Onlar 2002-ci il martın 21-də Tovuz rayonunun Qaraxanlı kəndində dünyaya gəldilər. Eyni evdə böyüdülər, eyni məktəbdə oxudular. Hərbiyə də birlikdə yollandılar. Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrindən birində xidmət etdilər. Vətən müharibəsi başlayanda yol onları yenidən eyni səngərə gətirdi. Qırx gün... Kəlbəcər, Füzuli, Xocavənd, Cəbrayıl, Xocalı, Laçın, Şuşa...

Hacıəli və Hüseynəli eyni taborda çiyin-çiyinə döyüşdülər. Şuşa istiqamətində Hüseynəli yaralandı və tərxis olundu. Müalicəsini tamamladıqdan sonra yenidən hərbi hissəyə qayıtdı və qardaşı ilə birgə xidməti davam etdirdi.

Sonra Hüseynəli xidməti başa vurub doğma kəndlərinə döndü. Hacıəli isə davam etdi.

O, Xüsusi Təyinatlı Qüvvələrdə xidməti seçdi. Kursu birinciliklə başa vurdu, Ordunun ən elit bölməsində xidmətini davam etdirdi. Vətən müharibəsindən sonra da müxtəlif hərbi əməliyyatlarda iştirak etdi.

Döyüş yolu artıq onun həyatının bir hissəsinə çevrilmişdi. 2023-cü ilin sentyabrında həmin yol onu Xankəndiyə apardı. Bu dəfə geri dönüş olmadı.

2023-cü ilin avqustu... Hacıəli məzuniyyətə gəlmişdi. Əkiz qardaşlar sonuncu dəfə üz-üzə dayandılar, danışdılar. O an heç biri bilmirdi ki, bu görüşdən sonra yolları bir daha eyni yerə çıxmayacaq. Bir neçə həftə sonra, sentyabrın 19-da Hüseynəli onun üzünü deyil, səsini eşidəcəkdi. Həmin səs isə artıq döyüş meydanından gələcəkdi.

Sentyabrın 19-da qolundan yaralandı. Ailəsi hospitala getməsini istədi. “12 əsgərimi qoyub heç yerə gedə bilmərəm.” dedi. Sonra ailəsinə son vədini verdi:

“Səhər danışarıq. Hava işıqlananda sizə Xankəndini göstərərəm”. Səhər açıldı. Amma Hacıəli danışa bilmədi. Sentyabrın 20-də əsgərlərini qoruyarkən snayper atəşi ilə başından ağır yaralandı. Şuşaya, daha sonra Bakıya təxliyə olundu. Dörd aydan çox komada qaldı. 2024-cü il yanvarın 28-də onun bu dünyada mübarizəsi bitdi, Hacıəli şəhid oldu. Bir vaxtlar qardaşı ilə birlikdə hərbi xidmətə yollanan Hacıəli Qaraxanlıya qayıtdı. Bu dəfə hərbi forma ilə yox, üçrəngli bayrağa bükülmüş tabutda. Hüseynəli isə onu son mənzilə yola saldı.

Vaxtilə eyni səngərdə bir-birinin kürəyini qoruyan iki əkizdən biri indi digərinin məzarı ilə həmsöhbət olur. “Mən sanki bir tərəfimi itirmişəm. Amma onu hər an yanımda hiss edirəm”.

Hacıəli getdi. Amma onların birlikdə keçdiyi yol qaldı.

Bir qardaş o yolu danışır. Digəri isə həmin yolun ən ağır, ən şərəfli yerində əbədi dayanıb.

Xüsusi Təyinatlı Qüvvələrin şəhidi Hacıəli Qasımovun döyüş yolu aldığı təltiflərdə də öz əksini tapır. O, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Bu orden və medallar onun keçdiyi döyüş yolunun və Vətən qarşısındakı xidmətlərinin yaddaşda qalan nişanələridir.

Paylaş:
Digər xəbərlər

Siyasət

21-07-2024, 10:23

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB

Siyasət

27-08-2025, 10:37

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

30-09-2024, 17:46

Riçardas Lapaytis: Xarıbülbül çiçəyi Azərbaycan əsgərinin Zəfərə inamının rəmzidir

Siyasət

1-06-2026, 20:43

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib

Siyasət

5-06-2024, 10:37

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • Вчера, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Вчера, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • Вчера, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • Вчера, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 9-11-2026, 16:35
    Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
  • 8-11-2026, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
  • 8-11-2026, 17:45
    Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
  • 8-11-2026, 15:23
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
  • 8-11-2026, 15:21
    Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • 8-11-2026, 15:16
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə