Ailə başçısını itirməyə görə ötən ay 192 mindən çox şəxsə pensiya və müavinət ödənilib
Cəmiyyət
26-02-2024, 15:42
Ailə başçısını itirməyə görə cari ilin yanvar ayında 192 mindən çox şəxsə pensiya və müavinət ödənilib. Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən verilən məlumata görə, onlardan 134 mindən çoxu pensiya, 57 mindən çoxu isə müavinət alıb.