Rusiyanın Soçi şəhərində keçirilən “Dünya Gənclər Festivalı 2024” tədbirində Naxçıvandan olan gənc Aslan Səfərov da iştirak edib.
Naxçıvana aid məlumatların dünyanın hər yerindən gələn gənclərə çatdırılmasına öz töhfəsini verib.
Festival biznes, media, beynəlxalq əməkdaşlıq, mədəniyyət, elm, təhsil, könüllülük, xeyriyyəçilik, idman və ictimai həyatın müxtəlif sahələrində fəaliyyət göstərən gənc liderləri bir araya gətirib.
Qeyd edək ki, “Dünya Gənclər Festivalı 2024” hər kəs üçün daha humanist və ədalətli gələcək arzulayan gəncləri birləşdirmək məqsədilə həyata keçirilir.