Aprelin 20-də Naxçıvan seysmoloji stansiyasından 76 kilometr cənub-qərbdə - İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verilir ki, yerli vaxtla saat 22:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4.6-ya bərabər olub.
Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babəkdə 3 bala qədər hiss olunub.
Naxçıvan Muxtar Respublikasında yerli vaxtla saat 22:01-də zəlzələ qeydə alınıb.
Naxçıvan bürosu xəbər verir ki, zəlzələ 3 bal gücündə olub və təxminən 5-7 saniyə davam edib.