Bakı, 23 sentyabr.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi qəbulda iştirak edib.
Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
“Qəbul 8 avqustda keçirilmiş Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Azərbaycan-ABŞ tərəfdaşlığının genişləndiyi dövrə təsadüf edir.
Əlaqələndirmə, enerji, ticarət və investisiya sahələri də daxil olmaqla, əməkdaşlığın daha da gücləndirilməsinə ümidvarıq”, - deyə məlumatda qeyd edilib.