• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Almaniya-Azərbaycan əlaqələrinin inkişafı böyük əhəmiyyət kəsb edir

Cəmiyyət

29-04-2024, 10:39

Almaniya Azərbaycanın Avropadakı mühüm siyasi və iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Ötən dövrdə müxtəlif sahələrdə əməkdaşlığımız, xüsusilə də Prezident İlham Əliyevin son illərdə Almaniyaya səfərləri iki ölkə arasında münasibətləri sürətli inkişaf etdirib. Dünyada iqtisadi nəhənglərdən biri sayılan Almaniyanın da Azərbaycanı postsovet məkanında önəmli tərəfdaş adlandırması və xüsusilə də iqtisadi əlaqələrin inkişafına yönəlmiş fəaliyyəti dəstəkləməsi ikitərəfli əməkdaşlığın güclənməsinə şərait yaradır.
Azərbaycan strateji mövqeyə, zəngin təbii sərvətlərə malik kifayət qədər mürəkkəb geosiyasi regionda yerləşir və bununla da həm Qərb, həm də Şərq dövlətləri üçün maraq kəsb edir. 1990-cı illərində müstəqillik əldə etdikdən sonra Azərbaycan tədricən iki və çoxtərəfli əməkdaşlıq proseslərinə cəlb olunub ki, bu da özünü ilk növbədə ölkəmizin beynəlxalq iqtisadi, enerji və kommunikasiya layihələrində iştirakında göstərir. Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasıdır. İkitərəfli münasibətlərin yüksək səviyyədə olduğu ölkələr arasında Almaniya ilk sıralarda yer tutur.
Bu fikirləri açıqlamasında siyasi şərhçi Emin Bağırov söyləyib.
O qeyd edib k, xalqlarımız arasında münasibətlərin qədim tarixi kökləri var. Hələ XIX əsrdə bir qrup alman ailəsi Azərbaycan ərazisinə köçərək üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, iqtisadiyyatın digər sahələrinin inkişafına da böyük töhfə verib. Hazırda Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi-mədəni irsinə böyük hörmətlə yanaşır və onun qorunub saxlanmasını təmin edir. Müasir əlaqələrin qurulması və inkişaf etdirilməsi ötən əsrin 90-cı illərinin əvvəlinə təsadüf edir. İki ölkə arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətt üzrə inkişaf etməsi də Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərinə düşür. Prezident İlham Əliyev bu əlaqələrin daha da inkişaf etməsi üçün fəal siyasət yürüdür. Dövlət başçımızın Almaniyaya çoxsaylı səfərləri də bunu təsdiqləyir.
Bakı ilə Berlin arasında iqtisadi əlaqələrin inkişafı da dövrün tələblərinə cavab verir. Almaniya Xəzər regionuna, xüsusən də Azərbaycanın iqtisadi resurslarına maraq göstərir. Avropa İttifaqı çərçivəsində maliyyə dəstəyi verir və birgə beynəlxalq layihələrdə iştirak edir. Təsadüfi deyil ki, Almaniya regiondakı heç bir dövlətlə Azərbaycanla olduğu qədər geniş spektrli iqtisadi əlaqələr qurmayıb. Bu özünü onda göstərir ki, Almaniyanın MDB məkanında Rusiyadan sonra ikinci Xarici Ticarət Palatası yalnız Azərbaycanda təsis olunub. Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində aparıcı ölkələr arasında səkkizinci yerdədir. Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində Almaniya investisiyalı 249 şirkət qeydiyyatdan keçib. Statistikaya görə, Almaniya Azərbaycanın neft-qaz sektoruna 53,4 milyon dollar, qeyri-neft sektoruna 762,1 milyon dollar sərmayə qoyub, Azərbaycandan Almaniyaya 569,7 milyon dollar sərmayə qoyulub.
Almaniya Azərbaycanın regionda lider mövqeyini, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu yüksək qiymətləndirir. Xatırladaq ki, 2022-ci il iyulun 18-də Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalayıblar. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qaz tədarükünü ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd həm də Azərbaycan və Aİ arasında bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutur. Prezident İlham Əliyev birgə mətbuat konfransında bir daha diqqətə çatdırdı ki, həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaq.
Prezident İlham Əliyevin aprelin 26-da Almaniyaya səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi, əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlətimizin başçısının Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Almaniya Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüş keçirdi. Dövlət başçımızın Berlinə səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının yüksələn xətlə inkişafının bariz göstəricisidir. Prezident birgə mətbuat konfransındakı çıxışında bildirdi ki, Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün böyük əhəmiyyət kəsb edir.
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Azərbaycan bu qlobal tədbirin hazırlanmasında Almaniya tərəfi ilə işləməyə hazır olduğunu bildirib. Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan COP29-la bağlı Almaniyanın göstərdiyi dəstəyə görə təşəkkür edir və hər iki ölkənin komanda üzvləri bir-biri ilə sıx təmasdadırlar. Şoltsun çıxışında səsləndirdiyi fikirlər belə düşünməyə əsas verir ki, Berlin həm siyasi, həm iqtisadi sahələrdə Bakı ilə münasibətləri bundan sonra da inkişaf etdirəcək. Bakıda keçiriləcək Dünya İqlim Konfransının region üçün böyük şanslar gətirəcəyini vurğulayan Almaniya Kansleri əlavə edib ki, yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdırlar.
Emin Bağırov sonda qeyd edib ki, bu səfər Avropa İttifaqında və onun siyasətində əhəmiyyətli çəkiyə malik dövlət olan Almaniya ilə bütün sahələrdə əməkdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə mühüm təkan verəcək və gələcək inkişaf üçün böyük perspektivlər açacaq.

Paylaş:
Digər xəbərlər

Siyasət

26-04-2024, 16:49

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Siyasət

28-04-2024, 11:04

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri

Siyasət

13-03-2024, 09:06

Deputat: Azərbaycan və Qazaxıstan qlobal və regional layihələrin reallaşmasında önəmli rol oynayır

Siyasət

21-04-2024, 18:37

Lətif Qəndilov: Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər uğurla inkişaf edir

Siyasət

9-04-2024, 16:46

Parlamentin sədri: Qırğızıstan Azərbaycanla qədim tarixi bağlara əsaslanan qardaşlıq münasibətlərinə önəm verir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 12:00
    Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb
  • Вчера, 11:56
    Nizami rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
  • Вчера, 11:54
    Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT
  • Вчера, 10:41
    “Səhər danışarıq...” – şəhid Hacıəli Qasımovun yarımçıq qalan son sözü
  • Вчера, 10:38
    “Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb
  • Вчера, 10:31
    Bu gün Beynəlxalq Sülh Günüdür
  • Вчера, 10:28
    Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub
  • 20-09-2026, 08:26
    Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə
  • 19-09-2026, 16:11
    “Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir
  • 19-09-2026, 12:20
    Sentyabrın 19-u Beynəlxalq Cərrahlar Günüdür
  • 19-09-2026, 12:17
    Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır
  • 19-09-2026, 12:12
    Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası – TƏHLİL
  • 19-09-2026, 09:58
    Antiterror tədbirləri: DİN-in döyüş yolu
  • 19-09-2026, 09:55
    Bir sutkada qazanılan tarixi Zəfər
  • 18-09-2026, 13:34
    Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gələcək
  • 18-09-2026, 13:28
    EYBA-nın Bakı konfransında yerli vəkil və hüquqşünaslar üçün qeydiyyat başlayıb
  • 18-09-2026, 13:25
    Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib
  • 18-09-2026, 10:41
    DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var
  • 18-09-2026, 10:37
    SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
  • 18-09-2026, 10:33
    Rasim Musabəyov: Azərbaycan Türk dünyasının təbii mərkəzi kimi çıxış edir
  • 17-09-2026, 11:24
    Sentyabrın 17-si Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
  • 17-09-2026, 11:22
    Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir
  • 16-09-2026, 17:56
    İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ
  • 16-09-2026, 17:49
    Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
  • 16-09-2026, 13:18
    Qubanın iki bələdiyyəsinin adı dəyişdirilir
  • 16-09-2026, 13:16
    Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs həbs olunub
  • 16-09-2026, 13:14
    Bakıda Orta Dəhlizin regional inteqrasiyadakı rolu müzakirə olunur
  • 16-09-2026, 11:33
    Azərbaycan Dillər Universitetində “ADU Radio” fəaliyyətə başlayıb
  • 16-09-2026, 11:30
    Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans işə başlayıb
  • 16-09-2026, 11:26
    Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib
  • 16-09-2026, 11:23
    Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
  • 15-09-2026, 14:55
    Şuşada yeni tədris ili: 21 şagird ilk dəfə məktəbə qədəm qoyub
  • 15-09-2026, 14:52
    Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
  • 15-09-2026, 11:24
    15 Sentyabr – Bakı Zəfəri Azərbaycan dövlətçiliyinin tarixində dönüş nöqtəsidir
  • 15-09-2026, 11:20
    Yardımlıda 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə