• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Göylərin qəhrəmanları ilə yerdə ünsiyyət: Vətən səması əmin əllərdədir

Cəmiyyət

23-06-2024, 12:48

Azərbaycan Dövlət İnformasiya Agentliyi
ORDU
Göylərin qəhrəmanları ilə yerdə ünsiyyət: Vətən səması əmin əllərdədir FOTOLAR VİDEO
22.06.2024 [12:30]
Bakı, 22 iyun

Onlar daha çox “Qarabağ mücrüsü” adlı əməliyyat planı ilə tanınır. Hansı ki, həmin plan 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu çaş-baş salan taktikalardan ibarət idi və şanlı Zəfəri əldə etməyimizdə böyük rol oynadı.

Media nümayəndələri 106 illik tarixə malik Silahlı Qüvvələrimizin xüsusi qoşun növləri olan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrindən birinə baş çəkib. “Gözəgörünməz qəhrəmanlar”ın - səma şahinlərinin “gözlə görülə bilən” fəaliyyəti ilə tanışlıqdan bəhs edən yazını təqdim edirik.

Zəfər salnaməmizə qəhrəmanlıq və şücaət nümunələri ilə adlarını yazdıran HHQ-nin hərbi qulluqçuları arasında ən hündürlüyə - şəhidlik mərtəbəsinə yüksələnlər də olub. Sıralarından 5-i Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Vətən göylərinin etibarlı müdafiəçilərini yerdən dinləyirik.

“HHQ-nin hərbi qulluqçusu olmaq çətin, məsuliyyətli, eyni zamanda, çox şərəfli peşədir” deyən zabitlərdən biri fikirlərinə belə davam edib: “Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğunda Hərbi Hava Qüvvələri mühüm yer tutub və böyük nailiyyətlər əldə edib. Müasir dövrdə Hərbi Hava Qüvvələrində təlim-tədris mərkəzləri, həmçinin gizir hazırlığı, zabit təkmilləşdirmə, ehtiyat zabit kursları yaradılıb. Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Hərbi Hava Qüvvələri inkişaf etməkdədir. Vətən müharibəsində HHQ-nin həm pilot, həm də texniki heyəti həftənin yeddi günü, sutkanın 24 saatı təyyarənin saz, həmçinin döyüş hazırlığı vəziyyətində saxlanılmasında böyük əziyyətlər çəkib. “Su-25” hücum təyyarəsi Vətən müharibəsi zamanı uzaq məsafədən hədəflərin vurulmasını böyük dəqiqliklə yerinə yetirib. İkinci Qarabağ müharibəsinin iştirakçıları arasında olmaqdan qürur duyuram. Dövlətimizin başçısı fəaliyyətimizi yüksək qiymətləndirərək bizi medal və ordenlərlə təltif edib.


Qırx dörd günlük müharibədə qazanılan Zəfər bizi arxayınlaşdırmadı, əksinə, ordu quruculuğuna diqqət daha da artırıldı. Son illərdə “Su-25” hücumçu bombardman təyyarəsi müəyyən silah sistemləri, həmçinin lazer tipli silahlarla təmin olunub. Həmin təyyarələrlə təlimlərə cəlb edilir, Qazaxıstan, Türkiyə və digər ölkələrlə təlim uçuşları yerinə yetiririk. Həm təcrübəmizi artırır, həm də dövlətimizi adına layiq şəkildə təmsil edirik”.

Azərbaycan Ordusunda 13 ildir ki, xidmət edən HHQ-nin digər hərbi qulluqçusu 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində bütün döyüş tapşırıqlarını, əmrləri dəqiq və vaxtında yerinə yetirdiklərini fəxrlə vurğulayıb: “Hər kəs yalnız Qələbəyə köklənərək öz xidməti borcunu böyük peşəkarlıqla yerinə yetirdi. Əslində, bunun təməlində illərdir aparılan islahatlar, keçirilən təlim uçuşları dayanırdı. Təlimdə tökülən tər, döyüşdə Zəfərimizə gətirib çıxardı. Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının artırılmasına, müasir silahlarla təchiz edilməsinə müharibədən sonra da diqqət yetirilməkdədir. Yeni tip təyyarələr, hava hücumundan müdafiə sistemləri, əlavə PUA-lar alındı. Təlimlər, pilotların uçuş saatları daha da artırıldı. Bu, bizim müharibədən sonra da ayıq-sayıqlığı itirməməyimizin göstəricisidir. Çox şadam ki, Silahlı Qüvvələrimizin yaradılmasının 106-cı ildönümünü bütöv və səmasından qara buludları dağıdılmış Azərbaycanda qeyd edirik”.

Hava Hücumundan Müdafiə Qoşunlarının zabiti isə bildirib ki, onların vəzifəsi bütün hava hədəflərinin izlənilməsi, cari vəziyyətdə yerlərinin təyin edilməsidir: “Onların yerdən müşahidə olunması və idarə olunmasını həyata keçiririk. Vətən müharibəsində də bu istiqamətdə uğurlu fəaliyyət sərgiləmiş, həm düşmən hədəflərinin aşkarlanmasını, eyni zamanda, öz uçuşlarımızın təhlükəsizliyinin təmin olunmasını həyata keçirmişik. Hazırda bizim qoşunlarda yeni radar sistemlərinin alınması və onların təkmilləşdirilməsi işləri aparılır. Hava sərhədlərimizin qorunması üçün məlumat mübadiləsi sahəsində də müəyyən tədbirlər görülür. Aparılan islahatlar və yeniliklər davam edəcək”.

Mediatur zamanı, jurnalistlər pilotların uçuş hazırlığı prosesi ilə tanış olub, şahinlərimizin Vətən səmasında sərgilədikləri uçuş şousunu izləyib, məharətlərinə yaxından şahidlik ediblər.

Bir daha əmin olduq ki, ölkəmizin başı üstünü bir daha qara buludlar ala bilməyəcək, çünki Vətən səması əmin əllərdədir...

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

3-06-2024, 18:37

Tacikistan nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrinin Vətən müharibəsindəki rolu haqqında məlumatlandırılıb

Cəmiyyət

19-06-2024, 10:37

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib

Cəmiyyət

30-04-2024, 16:26

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

Cəmiyyət

5-05-2024, 12:05

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Cəmiyyət

19-04-2024, 19:47

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • Вчера, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • Вчера, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • Вчера, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • Вчера, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
  • 23-08-2026, 11:37
    Bu gün Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür
  • 23-08-2026, 11:35
    Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
  • 22-08-2026, 13:01
    Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  • 22-08-2026, 12:58
    Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək
  • 22-08-2026, 12:54
    Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
  • 20-08-2026, 09:45
    Azərbaycanlı jurnalistlər Səmərqəndə gəliblər
  • 18-08-2026, 12:12
    Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 18-08-2026, 12:10
    Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
  • 18-08-2026, 12:07
    Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb
  • 17-08-2026, 12:25
    Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb
  • 17-08-2026, 12:22
    Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
  • 17-08-2026, 12:20
    Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb
  • 17-08-2026, 12:16
    Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
  • 17-08-2026, 12:14
    General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb
  • 17-08-2026, 12:02
    DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
  • 16-08-2026, 14:29
    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
  • 16-08-2026, 14:26
    Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
  • 15-08-2026, 14:12
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür
  • 15-08-2026, 14:05
    Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək
  • 15-08-2026, 14:01
    Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə