• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Cəmiyyət

28-06-2024, 22:14

İyunun 28-də Azərbaycan Tibb Universiteti (ATU) tələbələrinin “Məzun günü” keçirilib.

Universitetdən bildirilib ki, tədbirdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri və digər qonaqlar iştirak ediblər.

İlk olaraq Dövlət Himni səsləndirilib.

Təbrik nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev “Məzun günü”nün gələcəyin həkimlərinin yaddaşında gözəl bir tarix kimi qalacağını bildirib.

Nazir hər bir dövlətin inkişaf yolunda və uğurlarının arxasında xalqına, vətəninə bağlılığı olan tarixi şəxsiyyətlərin dayandığını vurğulayıb: “Müstəqil dövlətimizdə hər sahədə olduğu kimi səhiyyənin və tibb təhsilinin də inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider əhalinin sağlamlığının qorunmasını, səhiyyənin tərəqqisini, maddi-texniki bazasının möhkəmləndirilməsini ölkə siyasətinin prioritet məsələlərindən biri hesab edirdi. O, həmçinin yeni tibb müəssisələrinin açılması istiqamətində zəruri addımlar atırdı. Bu tibb təhsili ocağının məzunu olan görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyeva sonralar da öz doğma ali məktəbi ilə əlaqələrini kəsmədi. Təbabət elminə və tibb təhsilinə böyük töhfələr verən Zərifə xanımın tələbələri, onun əsərləri ilə formalaşan mütəxəssislər nəsli bu gün yeni həkim kadrları və tibb alimləri hazırlığı sahəsində əzmlə çalışırlar”.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb: “Son illər tibb müəssisələrinin maddi texniki bazası gücləndirilir, səhiyyənin maliyyələşdirilməsində köklü islahatlar aparılır, rəqəmsallaşma, keyfiyyətli tibbi xidmət istiqamətində işlər görülür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ixtisasca həkim olan Mehriban xanım Əliyeva da səhiyyə sahəsində çalışanlara həmişə diqqət və qayğı göstərir, tibb işçilərinin əməyini və fədakarlığını daim yüksək qiymətləndirir".

Həmçinin, Tibb Universitetinin xarici ölkələrin aparıcı təhsil müəssisələri ilə beynəlxalq əlaqələrin genişləndiyini qeyd olunub. Nazirin sözlərinə görə, nüfuzlu "Times Higher Education Impact Ranking"in reytinq cədvəlində ATU Azərbaycanın dövlət universitetləri arasında lider mövqeyi tutub: “Azərbaycanın ilk ali məktəblərindən biri olan, ənənələri ilə tarixə söykənən Tibb Universiteti onilliklər boyu səhiyyə ocaqları üçün yüksəkixtisaslı həkim kadrları yetişdirib, tibb elminin tərəqqisinə mühüm töhfələr verib. Təsadüfi deyil ki, bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri çərçivəsində “İqlim dəyişikliyinin sağlamlığa təsiri” mövzusu Universitetdə tədris olunan “İctimai sağlamlıq və səhiyyənin təşkili” fənninin proqramına daxil edilib”.

"Azərbaycanın Tibb Universitetinin hər buraxılışı səhiyyəmiz üçün əlamətdar hadisədir. Bununla da, hər il milli səhiyyə sistemi ölkəmizin sağlam gələcəyi naminə şərəfli missiyaya qoşulacaq gənc istedadlı kadrlarla zənginləşir”, - deyə nazir məzunları təbrik edib.

Universitetin rektoru, professor Gəray Gəraybəyli gələcəyin həkimlərinə karyeralarında uğurlar diləyərək, ATU-nun məzunu adını hər yerdə uca tutmağı arzulayıb. Rektor qeyd edib ki, gənclərin himayədarı olan Ümummilli Lider Heydər Əliyev tərəfindən bilikli, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi üçün ciddi addımlar atılıb, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri elan edilib: “Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında hər bir sahədə - ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakına xüsusi diqqət yetirilir”.

ATU-nun Tədris departamentinin rəhbəri Kamandar Yaqubov tədbir iştirakçılarını 2023-2024-cü tədris ilinin məzunlarının sayı ilə tanış edib. Qeyd olunub ki, tədris ilində Azərbaycan Tibb Universitetinin 1189 nəfər məzunu olub. Onlardan 813 nəfəri Azərbaycan vətəndaşı, 376 nəfəri əcnəbilərdir. I Müalicə-profilaktika fakültəsindən 316 nəfər, II Müalicə-profilaktika fakültəsindən 327 nəfər, “Tibbi profilaktika” ixtisasından 44, “Fizioterapiya və tibbi reabilitasiya” ixtisasından 38, “Tibb bacısı işi” ixtisasından isə 31 nəfər məzun olub. Eyni zamanda, “Stomatologiya” ixtisası üzrə 227, “Əczaçılıq ixtisası” üzrə 117, Hərbi həkim ixtisası üzrə 40, “Hərbi feldşer” ixtisasından bu il 39 nəfər, ilk buraxılış olan “Hərbi stomatologiya” ixtisasını isə 10 məzun bitirib.

Sonra məzunlar Hippokrat andı içiblər. Onlar xalqımızın sağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz veriblər.

Tədbirdə təhsilini fərqlənmə ilə bitirən gələcəyin həkimlərinə diplomlar təqdim olunub. Diplomları səhiyyə naziri Teymur Musayev və ATU-nun rektoru Gəray Gəraybəyli təqdim ediblər. Həmçinin ATU-nun İctimai səhiyyə fakültəsinin yeni yaranan “Fizioterapiya və tibbi reabilitasiya”, eləcə də “Tibb bacısı işi” ixtisası üzrə ilk buraxılışa aid 69 məzuna medallar təqdim olunub.

Tədbirdə 2024-cü il məzunları ilə yanaşı, 50 il bundan öncə Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirən məzunlar da iştirak ediblər. Onlardan biri, universitetin Onkologiya kafedrasının dosenti Nəsimi Qasımov çıxışında bu ilin məzunlarına həyatlarında, həkimlik fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra ATU-nun professor-müəllim heyəti və valideynlər məzunları təbrik edərək, onlara gələcək peşə fəaliyyətlərində həkim adının müqəddəsliyini doğruldacaqlarına inandıqlarını söyləyiblər. Tədbir tanınan sənət adamlarının çıxışı ilə davam edib. ATU-nun tələbələri də sənətçilərlə eyni səhnəni bölüşüblər. Universitetin hərbi fakültəsinin tələbələri vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

26-06-2024, 18:17

ADAU-da “Məzun günü” keçirilib

İqtisadiyyat / Cəmiyyət

12-12-2023, 19:54

Mərkəzi Gömrük Hospitalında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət

24-06-2024, 12:33

Emin Əmrullayev ADPU–CVU ikili diplom proqramının III məzun buraxılışında iştirak edib

Cəmiyyət

24-06-2024, 12:35

Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib

Cəmiyyət

7-04-2024, 11:57

Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:29
    Azərbaycan nefti 102 dollara satılır
  • Сегодня, 16:27
    Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb
  • Сегодня, 16:25
    Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib
  • Сегодня, 16:22
    COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub
  • Сегодня, 16:20
    Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir
  • Сегодня, 16:18
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
  • Вчера, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • Вчера, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Вчера, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • Вчера, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • Вчера, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə