Bakı, 24 avqust.
Qarabağ Universitetinə qəbulun nəticələrinə əsasən, III ixtisas qrupunda ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisasında qeydə alınıb.
Universitetdən bildirilib ki, bu qrupda orta qəbul balı 531,3 olub.
Üçüncü qrupda Qarabağ Universitetinə 6 ixtisas (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ibtidai sinif müəllimliyi, xarici dil müəllimliyi (ingilis dili), beynəlxalq münasibətlər, hüquqşünaslıq, tarix) üzrə ümumilikdə 330 tələbə qəbul olub.