• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

BDU-105: Azərbaycan və xarici ölkələr üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan Geologiya fakültəsi

Cəmiyyət

11-09-2024, 10:50

Azərbaycan Dövlət İnformasiya Agentliyi
ELM VƏ TƏHSİL
BDU-105: Azərbaycan və xarici ölkələr üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan Geologiya fakültəsi.

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi Azərbaycanın geologiya üzrə elmi-pedaqoji kadr ehtiyaclarının ödənilməsində əhəmiyyətli rol oynayan elm və təhsil mərkəzidir. Universitetdə geologiya fənninin tədrisi hələ 1934-cü ildən Biologiya fakültəsinin tərkibində təşkil edilib. Universitetdə geoloq kadrların hazırlanmasına isə 1943-cü ildən başlanılıb. Bu illər ərzində fakültənin aparıcı alimlərinin səyi nəticəsində BDU-da geologiya təhsili ali təhsil sisteminin ən əsas bölmələrindən birinə çevrilib, minlərlə yüksəkixtisaslı mühəndis-geoloq, geofizik, hidrogeoloq, neftçi-geoloq, dağ-mədən mühəndisi və geokimyaçı əmək bazarına daxil olub.

BDU-dan bildirilib ki, fakültənin məzunlarının bilavasitə iştirakı sayəsində ölkəmizdə etibarlı mineral xammal bazası yaradılıb. Azərbaycan ərazisində istismar edilən və yaxud balans ehtiyatlarına malik əksər faydalı qazıntı yataqları fakültənin yetirmələri tərəfindən kəşf edilib. Fakültənin məzunları ölkəmizdə və xaricdə yaxşı tanınır, bir sıra elm və təhsil müəssisələrinin kadr potensialının əsasını təşkil edir və rəhbər vəzifələrdə çalışırlar.

Geologiya-coğrafiya fakültəsi 1943-1944-cü tədris ilində Geologiya və paleontologiya, Kristalloqrafiya, mineralogiya və petroqrafiya və Coğrafiya kafedralarının bazasında yaradılıb. 1991-ci ildən Geologiya-coğrafiya fakültəsi iki struktura - Geologiya və Coğrafiya fakültələrinə ayrılıb. Ümumi və tarixi geologiya kafedrası 1943-cü ildə yaranan Geologiya-coğrafiya fakültəsinin ilk kafedralarından biri olub, əvvəl Ümumi geologiya və hidrogeologiya kafedrası adlanıb. Bu kafedra sonralar yaradılan digər kafedraların əsas bazası hesab olunur. Müxtəlif illərdə yeni kafedraların açılması, mövcud kafedraların elmi kadr potensialının artırılması və gücləndirilməsi, elmi-tədqiqat və tədris laboratoriyalarının yaradılması, digər ölkələrin elm və tədris mərkəzləri ilə əməkdaşlıq fakültənin fəaliyyətinin əsas prioritet istiqaməti olub. Fakültənin məzunları arasında görkəmli alimlərlə yanaşı, ölkəmizin inkişafında xüsusi əməyi olan ictimai-siyasi xadimlər, ərazi bütövlüyümüz uğrunda vuruşan qəhrəmanlarımız da var.

Fakültə təkcə Azərbaycan üçün deyil, yaxın və uzaq xarici ölkələr üçün də yüksəkixtisaslı mütəxəssislər, elmi kadrlar hazırlayıb. Geologiya fakültəsində xarici ölkələr üçün mütəxəssis hazırlığına 1968-ci ildən başlanılıb. Qısa müddət ərzində BDU, xüsusən Geologiya fakültəsi keçmiş SSRİ-də bu sahədə peşəkar kadrlar hazırlayan əsas mərkəzlərdən birinə çevrilib. Bu illər ərzində xarici ölkələr üçün (Kuba, Əlcəzair, Misir, Suriya, Vyetnam, İordaniya, Şri-Lanka, Əfqanıstan, Yəmən, Türkiyə, İran və s.) 500-dən artıq yüksəkixtisaslı mütəxəssis, o cümlədən 40-a yaxın elmlər namizədi və doktoru hazırlanıb. Məzunlardan bir qismi öz ölkələrində yüksək dövlət vəzifələrində çalışıblar. 1980-1981-ci illərdə Geologiya fakültəsi keçmiş SSRİ-də ilk dəfə olaraq BMT-nin geologiya kursu təcrübəçiləri üçün tədris-laboratoriya bazası kimi (Faydalı qazıntılar kafedrasının moderatorluğu ilə) fəaliyyət göstərib. Təcrübəçilərin akademik hazırlığı biraylıq kurslarda “Sedimentalogiya” (1980) və “Polimetal yataqların geologiyası” (1981) istiqamətlərində aparılıb. Kurslarda 16 ölkənin nümayəndəsi hazırlıq keçib.

Geologiya-coğrafiya fakültəsinə 1943-1952-ci illərdə professor Əziz Əsgərov, dosent Abdulla Şahbazov, professor Hadi Əliyev rəhbərlik edib. Sonrakı illərdə fakültə dekanı vəzifəsində professorlar Səttar Süleymanov (1952-1963), Ramiz Sultanov (1963-1965), dosent Mürsəl Həsənov (1965-1967), professor Rizvan Piriyev (1967-1972), akademik Vasif Babazadə (1973-1981), AMEA-nın müxbir üzvü Qədir Sultanov (1981-1986), professor Tofiq Şahsuvarov (1986-1992), dosentlər Adil Xasayev (1992- 2016), Məhluqə Məmmədova (2016- 2021) çalışıblar. Fakültəyə 2022-ci ildən dosent Mamoy Mansurov rəhbərlik edir.

Keçən əsrin 50-ci illərindən başlayaraq fakültə alimlərinin geologiya elminin inkişafında, yüksəkixtisaslı mühəndis-geoloq kadr hazırlığının həyata keçirilməsində, qızıl, mis, qurğuşun, sink, civə, xromit və digər faydalı qazıntı yataqlarının öyrənilməsində və işlənilməsində müstəsna xidmətləri olub. Onlardan AMEA-nın həqiqi üzvləri Vasif Babazadə, Musa Əliyev, Əliəşrəf Məmmədov, Şəfayət Mehdiyev, Mirəli Qaşqay, Ədhəm Şıxəlibəyli, Arif İsmayılzadə, Akif Əlizadə, müxbir üzvləri Qədir Sultanov, Xudu Məmmədov, Tələt Kəngərli və digərlərinin adlarını çəkmək olar. Fakültədə çalışan alimlərdən akademiklər Şəfayət Mehdiyev və Faiq Bağırzadə müxtəlif illərdə (1958-1965 və 1970-1989) BDU-nun rektoru işləyiblər. BDU-nun prorektoru vəzifəsini daşımış akademiklər Əzəl Sultanov, Şirəli Məmmədov, akademiyanın müxbir üzvləri Qədir Sultanov və Ramiz Sultanov da fakültənin professorları olublar.

Geologiya fakültəsində təhsilin bakalavriat, magistratura, doktorantura səviyyələrində elmi-pedaqoji kadr hazırlığı həyata keçirilir. Fakültədə 5 kafedra (Ümumi və tarixi geologiya, Hidrogeologiya və mühəndis geologiyası, Seysmologiya və Yer təkinin fizikası, Faydalı qazıntılar və Kristalloqrafiya, mineralogiya və geokimya kafedraları) və bir elmi-tədqiqat laboratoriyası (Kompleks geoloji və geofiziki tədqiqatlar ETL), Azərbaycanın Faydalı qazıntılar muzeyi, Akademik Musa Əliyev adına kabinet, Geologiya və Geofizika İnstitutunda yaradılan tədris elmi mərkəzi fəaliyyət göstərir.

Geologiya fakültəsində 35-ə qədər professor-müəllim heyəti çalışır. Tədris Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir. Fakültədə geologiya, geologiya və geofizika mühəndisliyi, mədən mühəndisliyi və meliorasiya mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. 4 istiqamət, 11 ixtisaslaşma üzrə magistrlər, 7 ixtisas üzrə isə fəlsəfə və elmlər doktorları hazırlanır.

Hazırda fakültədə fundamental təhsil verilir və dünya səviyyəli elmi tədqiqatlar aparılır. Fakültə böyük elmi-texnoloji, kadr potensialına, elmin və texnologiyanın müxtəlif istiqamətlərində məqsədli kadr hazırlığını həyata keçirmək imkanlarına malikdir. Tədqiqat mövzuları müasir elmin inkişaf tendensiyalarına tamamilə uyğundur. Geologiyanın aktual problemləri hazırda fakültə əməkdaşlarının elmi-tədqiqat işlərinin əsasını təşkil edir. Fakültədə müasir standartlara cavab verən tədris proqramları hazırlanıb. Son iyirmi ildə fakültə əməkdaşları tərəfindən 60-dan artıq monoqrafiya, 30 dərslik və dərs vəsaiti hazırlanıb.

Fakültə alimləri yerli və beynəlxalq fondların qrantlarını alıblar, aparılan tədqiqatların nəticələri dünyanın nüfuzlu elm jurnallarında dərc olunub. Elmi-tədqiqat sahəsində yaxşı nəticələr əldə edən tələbələrə, magistrant və doktorantlara dünyanın aparıcı tədqiqat mərkəzlərində təcrübə keçmək, beynəlxalq konfranslarda məruzə ilə çıxış etmək imkanları yaradılır.

Elm və təhsil fəaliyyətinin əsas göstəricilərindən sayılan beynəlxalq əlaqələrin qurulması, yerli və beynəlxalq konfransların keçirilməsi, müasir və aktual problemlərə həsr olunmuş seminarların təşkili əsas məqsədlərdəndir. Fakültənin professor-müəllim heyəti müxtəlif təcrübə proqramlarında, yerli və beynəlxalq layihələrdə yaxından iştirak edirlər, onların məqalələri nüfuzlu beynəlxalq bazalarda indeksləşdirilmiş jurnallarda (“Web of Science”, “Scopus” və s.) dərc olunur. Son beş ildə fakültənin əməkdaşlarının 200-dən artıq məqaləsi (o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda) çapdan çıxıb.

Geologiya fakültəsində hər il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Yer təkinin öyrənilməsi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması”, Tələbə Elmi Cəmiyyətinin “Yer qabığında gedən proseslər haqqında müasir təsəvvürlər” mövzularında respublika elmi konfransları keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə BDU-nun nəzdində “Petrologiya, vulkanologiya” və “Bərk faydalı qazıntıların geologiyası, axtarışı və kəşfiyyatı, minerageniya” ixtisasları üzrə Dissertasiya Şurası fəaliyyət göstərir.

Fakültədə elmi-tədqiqat işlərinin səmərəliliyini və tədrisin keyfiyyət göstəricilərini yüksəltmək məqsədilə Türkiyə, Rusiya, Ukrayna, İran, Qazaxıstan, Gürcüstan, ABŞ, Özbəkistan və digər ölkələrin qabaqcıl elm və təhsil müəssisələri ilə elmi əməkdaşlıq aparılır, müştərək elmi məqalələrin və monoqrafiyaların yazılması həyata keçirilir.

Geologiya fakültəsi BDU-nun inkişaf strategiyasına uyğun olaraq öz yaxın, orta və uzaq perspektivdəki hədəflərini müəyyənləşdirib. Zəngin və məhsuldar keçmişi olan Geologiya fakültəsi yeni uğurlara doğru inamla addımlayır.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

4-10-2023, 10:16

Xoşbəxt Yusifzadənin dəfn yeri AÇIQLANDI

Cəmiyyət

27-08-2024, 20:28

BDU-105: Ənənələrə söykənən, müasir çağırışlara cavab verən İnformasiya və sənəd menecmenti fakültəsi

Cəmiyyət

26-01-2024, 22:28

BDU ilə “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin nümayəndələri arasında görüş keçirilib

Cəmiyyət

24-05-2024, 14:08

Professor Qafar Əfəndiyevin 100 illik yubileyi qeyd olunub

Cəmiyyət

7-08-2024, 12:08

BDU-nun Fizika fakültəsində üç ixtisas üzrə tələbə qəbulu aparılır

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:27
    Yay istilərində dərimizi və sağlamlığımızı necə qorumalıyıq?
  • Сегодня, 16:20
    Aviasiya bölmələrində təlim-məşq uçuşları keçirilib
  • Сегодня, 16:17
    Baş nazir: Əhalinin siyahıyaalınması prosesi ilk dəfə ölkənin bütün suveren ərazisini əhatə edəcək
  • Сегодня, 13:03
    Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu başlayıb
  • Сегодня, 13:01
    DİM dövlət qulluğuna qəbul imtahanında uğur qazananlara müraciət edib
  • Сегодня, 12:59
    Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
  • Сегодня, 12:54
    Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Сегодня, 12:51
    Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Вчера, 13:38
    Mühəndislik Universiteti ilə Koreya Universitetinin ikili diplom proqramına qəbulun qeydiyyat və imtahan tarixləri açıqlanıb
  • Вчера, 13:35
    Dövlət İmtahan Mərkəzi memarlıq ixtisasına qəbul olmaq istəyənlərə müraciət edib
  • Вчера, 13:32
    Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
  • Вчера, 11:43
    Azərbaycan nefti 86 dollara satılır
  • Вчера, 11:41
    Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
  • Вчера, 11:39
    Bakıda otelin saunasında yanğın baş verib, qonaqlar təxliyə olunub
  • Вчера, 11:36
    Xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb
  • Вчера, 11:34
    XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin 10 azərbaycanlı heyət üzvü təxliyə edilib
  • Вчера, 11:30
    Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
  • 15-07-2026, 13:39
    Daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşib
  • 15-07-2026, 13:35
    Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
  • 15-07-2026, 13:30
    DSX-nin hərbi hissəsində “Açıq qapı” günü təşkil edilib
  • 15-07-2026, 13:27
    Bakıda 15 İyul şəhidləri anılıb
  • 15-07-2026, 13:25
    Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib
  • 15-07-2026, 13:23
    Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? – Hakimdən hüquqi izah
  • 15-07-2026, 13:18
    Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub
  • 15-07-2026, 13:16
    XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin azərbaycanlı kapitanının axtarışları davam edir
  • 14-07-2026, 12:23
    İcbari tibbi sığorta fondu ilə bağlı yeni hüquqi tənzimləmə təsdiqlənib
  • 14-07-2026, 12:20
    Milli Məclis dövlət qulluğu və media ilə bağlı qanunlara dəyişiklikləri təsdiqləyib
  • 14-07-2026, 12:14
    Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs”
  • 14-07-2026, 12:09
    Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb
  • 14-07-2026, 12:07
    Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir
  • 14-07-2026, 12:04
    Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub
  • 14-07-2026, 12:02
    Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
  • 13-07-2026, 19:04
    Sürücülər üçün imtahan təşkil ediləcək
  • 13-07-2026, 19:01
    Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 13-07-2026, 18:58
    Rusiyanın səhiyyə naziri Azərbaycanda səfərdədir: Əməkdaşlığın inkişafına böyük önəm veririk
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə