• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Polkovnik-leytenant: Ermənistanın təxribatlarının qarşısını almaq üçün Azərbaycanın hərbi gücü və siyasi iradəsi var

Cəmiyyət

15-09-2024, 12:27

Azərbaycan Dövlət İnformasiya Agentliyi
ORDU
Polkovnik-leytenant: Ermənistanın təxribatlarının qarşısını almaq üçün Azərbaycanın hərbi gücü və siyasi iradəsi var
14.09.2024 [15:56]
Polkovnik-leytenant: Ermənistanın təxribatlarının qarşısını almaq üçün Azərbaycanın hərbi gücü və siyasi iradəsi var
Bakı, 14 sentyabr.

“Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi ilə qalib olduğu 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri dünyanın geosiyasi səhnəsində yeni dönəm yaradıb. Həmçinin döyüş əməliyyat teatrında dünya hərb tarixinə yeni səhifə yazılıb, beşinci nəsil müharibə nümayiş etdirilib. Nadir, uğurlu hərbi əməliyyatlar həyata keçirmiş Azərbaycan Ordusu düşməni döyüş meydanında məğlub edib. Düşmənin hərbi-texniki potensialının bir hissəsi döyüş meydanında məhv edilib, digər böyük hissəsi qənimət kimi istifadəyə yararlı vəziyyətdə ələ keçirilib. Hərbi potensialın insan resursları (şəxsi heyət) isə döyüş meydanında fərarilik edib, silah və texnikanı yararlı vəziyyətdə qoyub qaçıb”.

Bu fikirləri müsahibəsində ehtiyatda olan polkovnik-leytenant, Heydər Əliyev adına Hərbi İnstitutun baş müəllimi, hərbi ekspert Vüqar Əliyev deyib. O qeyd edib ki, Azərbaycan əsgəri və zabiti həyata keçirilmiş uğurlu hərbi fəaliyyətlərdə qalib olub, düşməndən qənimət götürülmüş silah, texnika, sursat və digər hərbi ləvazimatlar Orduya mədaxil edilib.

Hərbi ekspert bildirib ki, Silahlı Qüvvələrimiz müharibə nəticəsində itirdiyini nəinki bərpa edib, hətta hərbi texniki potensialını daha da artırıb. Hərbi potensialın şəxsi heyəti isə ən qabaqcıl döyüş təcrübəsi qazanıb, mənəvi, psixoloji və fiziki cəhətlərdə yüksəlib. Azərbaycan vətəndaşı qürurlanıb, möhkəmlənib, özünə və rəhbərinə inanıb, ilhamlanıb.

Nəticə etibarilə Azərbaycan “artırıb”, Ermənistan isə “azaldıb”. Azərbaycan Qalibdir, qüvvətlidir, qürurludur özünə güvəni var. Ermənistan məğlubdur, gücsüzdür və mənəvi-psixoloji cəhətdən zəifdir.

“Ermənistan Azərbaycanla növbəti qarşıdurmaya gedərsə, bunun necə nəticələnəcəyi aydındır. Son onillikdə bir neçə dəfə hərbi toqquşma baş verib və tendensiyanın belə də davam etməsi əsaslı məntiqə söykənir. Ermənistanın 2020-ci il Vətən müharibəsindən sonra aldığı və ona yardım verilmiş silah-sursat tərəflərin hərbi qüvvə və vasitələri vəziyyətinə cüzi şəkildə belə təsir edə bilmir. Deməli məsələ “hərbi təxribat”la yekunlaşır. Toqquşma olarsa, nəticəsi əvvəldən məlumdur”, - deyə V.Əliyev vurğulayıb.


Son bir ayda Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Naxçıvan və Kəlbəcər istiqamətlərində təxribatlarının intensivləşməsinə, yaşayış məntəqələrimiz istiqamətindəki mövqelərimizi atıcı silahlardan atəşə tutmasına münasibət bildirən hərbi ekspertin sözlərinə görə, dünyanın geosiyasətində “Quru ticarət yolları” və “Dəniz ticarət yolları” bir-biri ilə şiddətli rəqabət aparır. Bu rəqabət Süveyş kanalı bölgəsində dənizdə və Cənubi Qafqazda quruda özünü daha bariz şəkildə büruzə verir. Bu rəqabətin qurudakı bağlayıcı düyünü Zəngəzurdur. Zəngəzurun İranla sərhədində Rusiya Federasiyası sərhədçiləri xidmət aparır. Zəngəzurun bir tərəfi Naxçıvandır, digər tərəfi isə Kəlbəcər. Azərbaycanla Ermənistanın şərti sərhədində Sərhəd Qoşunları xidmət aparır. Zəngəzurun Naxçıvan və Kəlbəcər sərhədlərindən başqa, “hərbi təxribat” həyata keçirmək üçün Ermənistanın başqa ərazisi yoxdur. Rusiya və Türkiyə kimi böyük qonşular Ermənistanı sülhə dəvət edir. Sadalanan heç bir dövlət öz sərhədlərində regiona yad qüvvə, hərbi təhlükə, müharibə istəmir. Lakin iqtisadi inkişaf müstəqil və dayanıqlı kommunikasiyalara ehtiyac yaradır. Odur ki, dəniz ticarəti kommunikasiyalarına hakim olan Qərb dövlətləri qrupunun aqressiv siyasətinə qarşı birgə mövqedən çıxış etmək məcburiyyətindədirlər.

“Qərb dövlətləri Azərbaycan və Ermənistan arasında sülh istəmir. Bu sülh dünyanın geosiyasətinin son 500 ildə cərəyan edən dövranını kökündən dağıdır. Bu səbəbdən, onlar Ermənistanı sülh müqaviləsi imzalamaqdan çəkindirir, sülh danışıqlarını pozmaq üçün hərbi təxribata məcbur edirlər. Ermənistan suveren və öz iradəsinə hakim dövlət kimi fəaliyyət göstərmir və xaricdən göstərilən təsirlərə tab gətirməyə bacarmır. Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsi Zəngəzurun qapılarını açır, Şərq-Qərb, Şimal-Cənub arasında quru kommunikasiyaların birləşməsini təmin edir.

Bütün təxribatların səbəbi budur - qarşıda bağlanacaq sülh danışıqlarını pozmaqla Zəngəzur düyününü bağlı saxlamaq. Ali Baş Komandan İlham Əliyevin apardığı hərbi-iqtisadi-siyasi fəaliyyəti nəticəsində Ermənistanın hərbi-siyası resursları tükənib, bu ölkə diplomatik dalana dirənib. Ermənistan ya sülh sazişinə imza atacaq, ya da bu danışıqları hərbi təxribatlarla pozacaq. Hərbi təxribatların qarşısını almaq üçün isə Azərbaycanın hərbi gücü və siyasi iradəsi var”, - deyə polkovnik-leytenant əlavə edib.

Paylaş:
Digər xəbərlər

Siyasət

26-06-2024, 18:35

Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik

Siyasət

12-05-2024, 13:52

Sülhə tələsməyən Ermənistan vaxt itirir ŞƏRH

Siyasət

12-05-2024, 19:56

Sülhə tələsməyən Ermənistan vaxt itirir ŞƏRH

Cəmiyyət

14-09-2024, 14:52

Hərbi ekspert: Azərbaycan ordusunun antiterror əməliyyatları dünya hərb tarixində bir ilk oldu – AÇIQLAMA

Cəmiyyət

12-07-2024, 19:45

İyuldan sentyabra - Tovuz döyüşlərindən Qarabağ Zəfərinə gedən yol

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:27
    Yay istilərində dərimizi və sağlamlığımızı necə qorumalıyıq?
  • Сегодня, 16:20
    Aviasiya bölmələrində təlim-məşq uçuşları keçirilib
  • Сегодня, 16:17
    Baş nazir: Əhalinin siyahıyaalınması prosesi ilk dəfə ölkənin bütün suveren ərazisini əhatə edəcək
  • Сегодня, 13:03
    Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu başlayıb
  • Сегодня, 13:01
    DİM dövlət qulluğuna qəbul imtahanında uğur qazananlara müraciət edib
  • Сегодня, 12:59
    Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
  • Сегодня, 12:54
    Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Сегодня, 12:51
    Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Вчера, 13:38
    Mühəndislik Universiteti ilə Koreya Universitetinin ikili diplom proqramına qəbulun qeydiyyat və imtahan tarixləri açıqlanıb
  • Вчера, 13:35
    Dövlət İmtahan Mərkəzi memarlıq ixtisasına qəbul olmaq istəyənlərə müraciət edib
  • Вчера, 13:32
    Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
  • Вчера, 11:43
    Azərbaycan nefti 86 dollara satılır
  • Вчера, 11:41
    Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
  • Вчера, 11:39
    Bakıda otelin saunasında yanğın baş verib, qonaqlar təxliyə olunub
  • Вчера, 11:36
    Xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb
  • Вчера, 11:34
    XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin 10 azərbaycanlı heyət üzvü təxliyə edilib
  • Вчера, 11:30
    Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
  • 15-07-2026, 13:39
    Daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşib
  • 15-07-2026, 13:35
    Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
  • 15-07-2026, 13:30
    DSX-nin hərbi hissəsində “Açıq qapı” günü təşkil edilib
  • 15-07-2026, 13:27
    Bakıda 15 İyul şəhidləri anılıb
  • 15-07-2026, 13:25
    Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib
  • 15-07-2026, 13:23
    Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? – Hakimdən hüquqi izah
  • 15-07-2026, 13:18
    Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub
  • 15-07-2026, 13:16
    XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin azərbaycanlı kapitanının axtarışları davam edir
  • 14-07-2026, 12:23
    İcbari tibbi sığorta fondu ilə bağlı yeni hüquqi tənzimləmə təsdiqlənib
  • 14-07-2026, 12:20
    Milli Məclis dövlət qulluğu və media ilə bağlı qanunlara dəyişiklikləri təsdiqləyib
  • 14-07-2026, 12:14
    Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs”
  • 14-07-2026, 12:09
    Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb
  • 14-07-2026, 12:07
    Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir
  • 14-07-2026, 12:04
    Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub
  • 14-07-2026, 12:02
    Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
  • 13-07-2026, 19:04
    Sürücülər üçün imtahan təşkil ediləcək
  • 13-07-2026, 19:01
    Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 13-07-2026, 18:58
    Rusiyanın səhiyyə naziri Azərbaycanda səfərdədir: Əməkdaşlığın inkişafına böyük önəm veririk
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə